SOCAR "Azəriqaz" İstehsalat Birliyinin növbəti "Açıq mikrofon" aksiyası Quba rayonunun ucqar Cimi kəndində baş tutub.Qurumun mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, birliyin baş direktoru Ruslan Əliyev Quba Rayon İcra Hakimiyyətinin başçısı Ziyəddin Əliyev və millət vəkili Vahid Əhmədov ilə birlikdə sözügedən kənddə vətəndaşlarla görüş keçiriblər.Sakinlər çətin relyef şəraitində yerləşən kənddə payız-qış mövsümlərinin daha sərt keçdiyini bildirərək bu kəndin qazlaşdırılması ilə bağlı onlara köməklik edilməsini xahiş ediblər. Birlik rəhbəri vətəndaşlara qazlaşdırılma işlərinin bütün regionlarda mərhələli şəkildə icra olunduğunu qeyd edib. Daha sonra Ruslan Əliyev yaxın günlərdə sözügedən kənddə qazlaşdırılma işlərinin başlayacağı ilə bağlı xəbəri vətəndaşların diqqətinə çatdırıb. Kənd sakinləri göstərilən diqqət və qayğıya görə Ölkə başçısına və SOCAR rəhbərliyinə təşəkkür ediblər.
sia.az
ABŞ-ın ikinci dərəcəli sanksiyaları səbəbindən...
Çinin regionda öz maraqları var...
... Çətinlik Rusiya Federasiyasının ən azı yeddi bölgəsinə təsir edib...
Maliyyə köpüyü partlaya bilər və bu da ölkədə böyük bir böhrana səbəb ola bilər...
Pekin fundamental iqtisadi problemlərinin səbəblərini səhv şərh edir...
İşlənmiş dizel mühərriklərinin Rusiyaya idxalı səmərəsizdir...