Əsas

  • 17 025

İş Vardanyanın getməsi ilə başa çatmır... ANALİTİK

image

Cinayətkar rejimə bağlı şəbəkələr hərəkətə keçiblər

Qarabağda, RSK-nın müvəqqəti yerləşdiyi ərazilərdə qalan cinayətkar rejimin tör-töküntüləri arasında qarşıdurmalar davam edir. Xüsusilə, Rusiyanın bu əraziyə atılmış “desantı”, cinayətkar oliqarx Ruben Vardanyanın qondarma “prezident” Araik Arutyunyanla yaşadığı ziddiyyətləri, eləcə də saxta “dövlət naziri” vəzifəsindən uzaqlaşdırılması prosesi digər cinayətkarları da hərəkətə gətirib. Bu barədə “Hraparak” qəzeti də yazır. Budəfəki şəxs isə Samvel Babayandır. Daha doğrusu, Qarabağdakı qanunsuz “hərbi birləşmənin” keçmiş komandiri Samvel Babayan yaranmış situasiyadan öz səmərəsi üçün istifadə etməyi planlaşdırıb. Halbuki o, 44 günlük müharibədən sonra “qəhrəman titulu”ndan və “təhlükəsizlik şurasının katibi vəzifəsi”ndən imtina edərək özünü kənarlaşdırmışdı.

Görünür, o da fiqur olaraq, əslində, Ermənistandakı hakimiyyətə təsir və təzyiq vasitəsi kimi istifadə olunmaq ərəfəsindədir. Bunun isə arxasında Kremlin qaranlıq dairələrinin dayanması şübhələri, əslində, özünü doğrulda da bilər. Hətta belə qənaətə gəlmək olar ki, Babayan Vardanyanın yedəyi kimi hazırlanıb.

“Hraparak”: “Samvel Babayan “dövlət naziri” vəzifəsindən imtina etməyəcək”

“Hraparak” nəşri onu da qeyd edib ki, məhz Samvel Babayan 44 günlük müharibədən sonra məsuliyyətdən yayınmaq və məğlubiyyətin günahını hərbi-siyasi rəhbərliyin çiyninə yükləmək cəhdləri göstərib, o cümlədən, yalnız Ermənistandakı hakimiyyəti deyil, eləcə də Qarabağdakı “isteblişemnti” də hədəfə alıb. Bəs erməni nəşri daha nə yazır? SİTAT: “Ötən gün Babayan “stepanakertdə” (Xankəndidə) təşkil olunmuş tədbirdə iştirak edirdi. Doğrudur, o, “artsaxın” (Qarabağın) indiki və keçmiş “başçıları” Arkadi Qukasyan və Bako Sahakyan, eləcə də “dövlət naziri” Ruben Vardanyanla birinci cərgələrdə oturmayıb, lakin Qarabağdakı mənbələrimiz deyir ki, Babayan növbəti “seçkilər”ə hazırlaşaraq “komanda yoldaşları” ilə aktiv görüşlər keçirir. O gizlətmir ki, “konstitusiyaya” dəyişiklik edilsə, “dövlət naziri vəzifəsi”ni tutmağın əleyhinə olmayacaq, amma nə “ictimai dairələrdə”, nə də “hakimiyyət dairələrində” ona hansısa vəzifə təklif etməyə hazırlaşmırlar”.

Onlar öz oyunlarını oynamağa davam etdikcə, vaxt da ötür və belə görünür ki, çox qısa zamanda onların hər birinə ayrı-ayrılıqda qulaqburması veriləcək

Lakin fakt həm də ondadır ki, separatçıların cinahında vəziyyət get-gedə daha da kritikləşir və nəzərə alsaq ki, “Hraparak” nəşrinin hazırkı dövrə qədər mümkün proqnozları özünü dəfələrlə doğruldub. Daha dəqiq desək, bu nəşrin mənbələri kifayət qədər məlumatlıdırlar və onların informasiyaları sonrakı proseslərdə öz təsdiqini tapır. Belə olan halda isə bu dəfə Samvel Babayan dırnaqarası faktorunun ortaya atılması Rusiyanın məlum dairələrinin növbəti cəhdi kimi də qiymətləndirilə bilər. Lakin daha bir fakt budur ki, Bakı öz qəti sözünü deyib və belə oyunbazlıqların əslində erməni revanşistləri və separatçıları üçün hansısa münbit nəticə verməyəcəyini də əminliklə söyləyə bilərik. Onlar öz oyunlarını oynamağa davam etdikcə, vaxt da ötür və belə görünür ki, çox qısa zamanda onların hər birinə ayrı-ayrılıqda qulaqburması veriləcək, üstəlik, Azərbaycanın güc strukturlarına məxsus özəl qüvvələri də Xankəndiyə daxil olarkən onların qaçmağa heç bir yerləri də olmayacaq. Hələlik isə, cinayətkar rejimin başı bir-birinə quyu qazmağa qarışıb...

Rövşən RƏSULOV

Digər xəbərlər