Əsas

  • 16 902

Ex Mariya, Mariya..! TƏRS BAXIŞ+ÖZƏL

image

Lavrov Bakıya gəldi və rəsmi danışıqlardan sonra geri döndü. Fəqət, geri döndükdən sonra elə onun özünün rəhbərlik etdiyi xarici diplomatiya idarəsinin digər rəsmisi, daha dəqiq desək, mətbuat katibi Mariya Zaxarovanın Rusiya Federasiyasının Xarici İşlər Nazirliyinin rəsmi səhifəsində bilavasitə Azərbaycanın maraqlarına zidd olan bir paylaşım etməsi anlaşılmaz qalmaqdadır. O, 1988-ci ilin fevralında SSRİ “KQB”nin millətlərarası münaqişənin dərinləşməsi yönündəki kirli planı üzərindən məhz cinayətkar erməni residivistlərinin əli ilə tətbiq etdirdiyi qətliam olaylarına görə demək olar ki, Ermənistan xalqına başsağlığı ünvanlayıb. Həmin mövzu ilə bağlı RF XİN-nin rəsmi teleqram kanalındakı dərci siz də dəyərli oxucular, görün və bu oyunbazlığın Azərbaycanın maraqarına qarşı yönəldilmiş təxribat olub-olmadığı qənaətnə gəlin!

Buradan iki məsələ ortaya çıxır – ya RF-nın XİN-nin mətbuat katibliyinə birbaşa cavabdeh şəxs olan Zaxarova 35 il əvvəl Sumqayıtda yaşanan hadisələrin gerçək tərəflərindən məlumatlı deyil, ya da o, fevral ayının soyuq gecəsində çox sevdiyi vodkasının aşırı təsiri altında olub...

Birinci məsələ inandırıcı deyil və Zaxarova hər halda Sumqayıt olaylarının kimlər tərəfindən törədildiyindən də çox gözəl məlumatlıdır. İkinci məsələ isə nə qədər təəccüblü görünsə də, inandırıcıdır. Yəni, Mariya həm ciddi provokasiyaya yol açıb, həm də bunu spirtli içkinin təsiri altında edib. Zaxarova əla bilir ki, Sumqayıt cinayətinin başında dayanan erməni residivisti Eduard Qriqoryandır və bu qaniçən cəllad hazırda Moskvaətrafı ərazidə yaşayır. Məgər Mariya Vladimirovna kursda deyilmi? Əlbəttə ki, kursdadır!

Amma bu kimi təxribatın, məhz Lavrovun Bakıda rəsmi səfərdə olduğu vaxtda, mühüm danışıqlar apardığı zamanda törədilməsi ələlxüsus bir məqamı açığa çıxarır: bunun adi bir təsadüf olduğuna inanmaq çətindir...

Eləcə də çox maraqlıdır ki, Xocalı soyqırımının növbəti ildönümü günündə Rusiya XİN-nin, elə lap Lavrovun özünün, həm də Zaxarovanın (!) susqun qalmalarının da arxasında nələrin dayandığını ehtimal etmək, əslində, çətin deyil.

Həmin günün – 26 fevral Xocalı soyqırımının ildönümündə Rusiya XİN-nin rəsmi səhifəsində təmtəraqla Lavrovun Azərbaycana səfəri barədə məlumat verilib və ən azından, alt yazıda kiçik bir qeyd də etmək olardı hər halda. Amma edilmədi, əksinə, erməni cinayətkarının başçılığı altındakı qətliam dolayısı ilə Azərbaycan xalqının ayağına yazıldı (?!)

Bəli, dövlətlərarası münasibətin tənzimlənməsi öz yerində, lakin digər dövlətin maraqlarına zidd addımların atılması əsla qəbuledilməzdir. Bəs onda etibarlılıq, etimadlıq və qarşılıqlı səmimiyyət prinsipləri necə olsun, xanım Zaxarova?

Yeri gəlmişkən, görəsən, xanım Zaxarova bu günlərdə ermənilərin yalnız Xocalıda deyil, 20 yanvar 1990-cı ildəki şəhidlərimizin və 2017-ci ildə məhz erməni terrorçularının əli ilə qətlə yetirilmiş balaca Zəhranın fotoşəkillərini “Azərbaycan tərəfindən məzlum və əzabkeş erməni xalqının başına gətirilən müsibətlər” fonundakı idbar əməllərindən xəbərdardırmı?!

Yaxşı ki, patriotik teleqram kanallarımızdan biri olan və əsasən, rusdilli seqmentə malik “Bez tormozov” teleqram kanalı ermənilərin növbəti oyunbazlıqlarını ifşa edib, yalanlarını üzə çıxardı. Bizə isə bunu demək qalır: ex Mariya, Mariya..!

Rövşən RƏSULOV

Digər xəbərlər