Azərbaycan Demokratiya və Rifah Partiyasının sədri Qubad İbadoğlunun həyat yoldaşı saxlanılmayıb, iddialar əsassızdır. Bu barədə AZƏRTAC-a DİN-in mətbuat xidmətinin əməkdaşı Anar Qafarov bildirib.
Qeyd edək ki, Azərbaycan Demokratiya və Rifah Partiyasının sədri Qubad İbadoğlu daxil olmuş müraciətlə əlaqədar vəkili Zibeydə Sadıqova ilə birgə DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə dəvət edilib. Araşdırma aparılır, əlavə məlumat veriləcək.
Mətləb