Əsas

  • 5 497

Şəhid Namiq Abış oğlu Mailovun doğum günündə xatirəsi yad edildi

image

Aprel ayının 29-da Biləsuvar şəhərində şəhid baş leytenant Mailov Namiq Abış oğlunun doğum günüilə əlaqədar ailəsi ziyarət olundu. Ziyarətdə YAP Biləsuvar rayon təşkilatının sədr müavini Aqşin Qasımov, şəhid valideyinlərivə ictimaiyyət nümayəndələriiştirak ediblər.Ziyarətçilər şəhidimizin keçdiyi döyüş yolundan, göstərdiyi xidmətindən və şücaətindən bəhs edərək ailəsinə baş sağlığı vermişlər.

Məlumat üçün qeyd edək ki, Azərbaycan Ordusununbaş leytenant olmuş şəhid Mailov Namiq Abış oğlu 23 aprel 1983-cü ildə Biləsuvar şəhərində anadan olmuşdur. 1989-2000-ci illərdə Biləsuvar şəhər N.Gəncəvi adına 1 saylı tam orta məktəbində təhsil almış və 2002-2004-ci illərdə müddətli həqiqi hərbi xidmətə olmuşdur.2005-ci ildə Naxçıvan Muxtar Respublikasında müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu kimi xidmətə başlamışdır. 2007-ci ildə gizirlik hərbi kursuna gedərək gizir hərbi rütbəsi almışdır. 2015-ci ildə nümunəvi xidməti nəzərə alınaraq zabit kurslarına göndərilir və kiçik leytenant rütbəsini alır. 2016-cı ilin aprel döyüşlərində kiçik leytenant rütbəsi ilə bölük komandiri kimi döyüşlərdə iştirak edərək yaralanır. Aprelin 3-də yaralanmasına baxmayaraq qısa bir zamanda sağalaraq yenidən xidmətə qayıdır. Aprel döyüşləri veteranı idi. Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda 27 sentyabr 2020-ci il tarixindən başlayan II Qarabağ müharibəsində iştirak etmiş, döyüşlərdə şücaət göstərmiş və Füzuli rayonu istiqamətində gedən döyüşlərdə qəhrəmancasına şəhid olmuşdur. 1oktyabr 2020-ci ildə Biləsuvar şəhər qəbirstanlığında dəfn olunmuşdur. Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamlarına əsasən şəhid baş leytenant Mailov Namiq Abış oğlu ölümündən sonra3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni, “Vətən uğrunda”, “İgidliyə görə” və “Füzulinin azad olunmasına görə” medalları ilə təltif edilib. Ölümündən sonra adı əbədiləşdirilərək Biləsuvar şəhər küçələrindən birinə verilmişdir.

Allah şəhidlərimizə rəhmət eləsin!

Digər xəbərlər