Əsas

  • 6 578

Azərbaycandakı bütün proseslər kimi Milli Məclisə seçkilər də ölkəmizdə diqqətlə izlənilir - Özbək professor

image

"Azərbaycan ötən ilin sentyabrında suverenliyini tam bərpa etdi. Sürətli və uğurlu tədbirlər sayəsində ölkənin ərazi bütövlüyünə qarşı davamlı təhlükə yaradan amillər aradan qaldırıldı. Məhz bu nailiyyətlər Milli Məclisə keçiriləcək seçkilərin əhəmiyyətini xeyli artırıb". SİA xəbər verir ki, bunu "Seçki 2024" Müstəqil Media Mərkəzinə açıqlamasında Özbəkistan-Azərbaycan Dostluq Cəmiyyətinin icraçı direktoru, Nizami Gəncəvi adına Daşkənd Dövlət Pedaqoji Universitetinin professoru Erkin Nuriddinov deyib.

O qeyd edib ki, istər 44 günlük Vətən müharibəsində, istərsə də ondan sonra baş verən proseslər Özbəkistan ictimaiyyəti tərəfindən böyük həyacanla izlənilib: "Azərbaycanın əldə etdiyi istənilən uğur ölkəmizdə böyük sevinclə qarşılanır. Milli Məclisə keçiriləcək budəfəki seçkilərin isə xüsusi əhəmiyyəti var. Azərbaycanın bütün ərazilərində baş tutacaq bu seçkilər ölkənin demokratik inkişafı üçün vacibdir və bəzi hallarda regional proseslərə belə təsir edir. Azərbaycandakı bütün proseslər kimi Milli Məclisə seçkilər də ölkəmizdə diqqətlə izlənilir".

Professor parlament seçkilərinin Azərbaycan üçün prinsipial əhəmiyyətə malik olduğunu da deyib: "Qardaş ölkə olan Azərbaycanda bu tarixi seçkilərdən sonra da xalqın firavanlıq içində yaşamasını arzulayıram. Seçki prosesinin qanunvericiliyə və beynəlxalq standartlara uyğun formada baş tutacağına inanıram. Əminik ki, bu seçkilər Azərbaycanda demokratiyanın növbəti təntənəsi kimi tarixə düşəcək. Ümidvaram ki, parlamentin yeni heyəti əvvəlki illərdə olduğu kimi Özbəkistan-Azərbaycan əlaqələrinin möhkəmlənməsinə öz töhfəsini verəcək".

Digər xəbərlər