PDF Oxu

Əsas

  • 2 987

Qazaxstan səfiri: 300 milyonluq birgə investisiya fondu vasitəsilə yeni sənaye layihələri icra olunacaq - EKSKLÜZİV

image

“Azərbaycan-Qazaxstan əməkdaşlığının çox böyük potensialı var və bir çox sahələrdə perspektivlər yüksəkdir. Eyni zamanda tranzit nəqliyyat xətləri ilə də əməkdaşlığımız artır”. Bunu “Səs” qəzetinə eksklüziv açıqlamasında Qazaxstanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Alim Bayel bildirib.

Səfir iki ölkənin müxtəlif sahələrdə əməkdaşlığının artdığını də deyib: “Hazırda bizim neft məhsullarımız, uran və digər məhsullarımız Azərbaycan vasitəsilə dünya bazarına çıxarılır. Beynəlxalq nəqliyyat dəhlizinin bir hissəsi olan Orta dəhliz xətti ilə- Transxəzər marşrutu ilə də daşımalar artır. Bu il Xəzər dənizinin dibi ilə çəkilən fiber-optik internet xəttinin də yekunlaşması gözlənilir. Bunlar təkcə Azərbaycan və Qazaxstan üçün deyil, bütün region üçün əhəmiyyətli layihələrdir”.

Alim Bayel qeyd edib ki, iki ökə arasında sənaye sahələrində də birgə əməkdaşlıq layihələri həyata keçiriləcək: “Sənaye sahəsində əməkdaşlığın da artırılması nəzərdə tutulur. Bizim ilkin kapitalı 300 milyon dollar təşkil edən birgə investisiya fondumuz var və bu fonddan da biz birgə sənaye layihələrini həyata keçirmək üçün istifadə edəcəyik”.

Elçin Bayramlı

Digər xəbərlər