PDF Oxu

Əsas

  • 3 385

Məşğulluq Strategiyası nəyi nəzərdə tutur? -TƏHLİL

image

Prezident İlham Əliyev “Məşğulluq Strategiyasının həyata keçirilməsinə dair 2026–2030-cu illər üçün Tədbirlər Planı”nın təsdiq edilməsi haqqında Sərəncam imzalayıb. Sərəncamla Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə Tədbirlər Planında nəzərdə tutulmuş tədbirlərin icrasını əlaqələndirmək, Tədbirlər Planında nəzərdə tutulmuş tədbirlərin icrasının gedişi barədə ildə bir dəfə Azərbaycan Respublikasının Prezidentinə məlumat vermək tapşırılıb.

Tədbirlər Planında nəzərdə tutulmuş tədbirlərin icrasının monitorinqi və qiymətləndirilməsini Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin sifarişi əsasında İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi həyata keçirəcək.

Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etməlidir.

Qeyd etmək lazımdır ki, bu sərəncam son dərəcə vacib əhəmiyyət daşıyır. Bu məsələ Azərbaycanda məşğulluq siyasəti və əhalinin sosial müdafiəsi istiqamətində həyata keçirilən islahatların mühüm elementidir.

Qarşıdakı 5 ildə bu istiqamətdə ciddi tədbirlərin həyata keçiriləcəyi gözlənilir. Onlardan biri də, kadrların hazırlanması məsələsidir. Xüsusən də peşə təhsilli kadrlara ehtiyac var. Azərbaycanda regionların iqtisadi inkişaf prioritetlərinə uyğun peşə hazırlığı mərkəzləri şəbəkəsi genişləndiriləcək.

"Tədbirlər Planı”na əsasən, 2026–2030-cu illərdə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən yerli icra hakimiyyəti orqanları ilə birgə regionlarda peşə hazırlığı mərkəzlərinin yaradılması istiqamətində tədbirlər həyata keçiriləcək.

İlkin mərhələdə peşə hazırlığı mərkəzlərinin yaradılması üçün regionlar müəyyənləşdiriləcək. Sonrakı mərhələdə isə 6 regional peşə hazırlığı mərkəzi yaradılacaq.

Bu mərkəzlər minlərlə təhsilli kadrlar hazrlayacaq və onların işlə təminatına yardım ediləcək. Bu gün bir çox sahələrdə savadlı və bacarıqlı kadrlar çatışmır, xüsusən ustalarla bağlı problemlər var. Yeni dövrün reallıqlarına uyğun olaraq savadlı mütəxəsislərin hazırlanması əmək bazarında onlara tələbatı artıracaq.

Ümumiyyətlə, dövlət ölkədə məşğulluq probleminin həlli üçün bir çox istiqamətlərdə tədbirlər həyata keçirir. Hazırda Azərbaycanda rəsmi işsizlik səviyyəsi 5 faiz civarındadır və bu, dünyada ən aşağı göstəricilərdəndir. Lakin strategiyaya müvafiq olaraq nəzərdə tutulan tədbirlərin həyata keçirilməsi ilə Azərbaycanda işsizlik məsələsi tamamilə aradan qaldırıla bilər. Belə bir potensial və siyasi iradə də mövcuddur.

Bunun üçün dövlət müxtəlif proqramlar həyata keçirir. Kiçik və orta sahibkarlığın dəstəklənməsi də bura daxildir. Özünüməşğulluq proqramı çərçivəsində on minlərlə vətəndaş özünə fərdi iş qurub və uğur əldə edib. Bəziləri bir neçə işçini də işlə təmin edib. Getdikcə fərdi sahibkarlıqla məşğul olanların sayı artır. Göründüyü kimi, bu, çox vacib bir proqramdır. Bu işin genişləndirilməsi nəzərdə tutulur.

Eyni zamanda dövlətlərarası müqavilələr üzrə ölkədə yaradılan iri zavod və fabriklər, müxtəlif müəssisələr də əmək bazarında çox sayda işçini cəlb edir. Aqrar sektorda həyata keçirilən ishalatlar, fermerlərə verilən subsidiyalar və digər güzəştlər kənd rayonlarında məşğulluğu arıtır.

Ölkədə (xüsusən də Qarabağ bölgəsində) aparılan böyük tikinti quruculuq işləri də on minlərlə işçi qüvvəsinin işlə təminatını təşkil edib. Digər iri layihələr də çox sayda işçi tələbi ilə əmək bazarına çıxır.

“Məşğulluq Strategiyasının həyata keçirilməsinə dair 2026–2030-cu illər üçün Tədbirlər Planı”nda nəzərdə tutulan tədbirlər prosesin ciddi nəticələr verəcəyinə şübhə yoxdur.

Planda nəzərdə tutulan "Regionlarda investisiya fəallığının stimullaşdırılması, istehsal olunan malların və xidmətlərin daxili və xarici bazarlara çıxışının dəstəklənməsi üçün tədbirlər görülməsi",

"Regionlarda gənclərin startap layihələrinin dəstəklənməsi, o cümlədən xarici investisiyaların cəlb olunması istiqamətində tədbirlərin genişləndirilməsi",

"Özünüməşğulluq proqramına cəlb olunan şəxslərin biznes subyektləri kimi formalaşdırılmasını təşviq edən yeni mexanizmlərin yaradılması"

"Kənd yerlərində turizm infrastrukturunun inkişafı sahəsində tədbirlərin həyata keçirilməsi",

"Regionların iqtisadi inkişaf prioritetlərinə uyğun peşə hazırlığı mərkəzləri şəbəkəsinin genişləndirilməsi" kimi tədbirlər bunu deməyə əsas verir.

Elçin Bayramlı

Digər xəbərlər