Görkəmli jurnalist Nəsir İmanquliyevin xatirəsinə həsr olunan “Xəbərin rəngi” adlı kitab oxuculara təqdim olunub
22 dekabr tarixində M.F.Axundov adına Milli Kitabxanada Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin təşəbbüsü ilə görkəmli jurnalist Nəsir İmanquliyevə həsr olunan "Xəbərin rəngi" adlı kitabın təqdimat mərasimi keçirilib.
SİA-nın məlumatına görə, kitabın müəllifi publisist Rəhilə Gülgünün qələmə aldığı "Xəbərin rəngi" elm və mədəniyyət xadimlərinin həyat və fəaliyyətindən, istedadlı insaların yaratdığı dəyərli irsdən bəhs edən "Silinməz izlər" silsiləsindən nəşr olunan ikinci kitabdır.
Mərasimdə mədəniyyət və turizm naziri Əbülfəs Qarayev, Milli Məclisin üzvü Qənirə Paşayeva, xalq şairi Zəlimxan Yaqub, Azərbaycan Yazıçılar Birliyinin (AYB) katibi, "525-ci qəzet"in baş redaktoru Rəşad Məcid, Bakı Dövlət Universitetinin (BDU) dekanı Yalçın Əlizadə və digər şəxslər iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan, vaxtilə Nəsir İmanquliyevin tələbəsi olmuş Rəşad Məcid səbəbkarın jurnalist və müəllimilik fəaliyyətindən söz açıb.
Tədbirin davamında mədəniyyət və turizm naziri Əbülfəs Qarayevdə tədbirdən və kitabın mahiyətindən danışıb: "Maraqlı təsadüfdür ki, kitabın qəhrəman siması məhz ad günündə ictimaiyətə təqdim olunur. Düşünürəm ki, bu kitab axrıncı olmaz və bundan sonra da biz N. İmanquliyevin həyatından bəhs edən bir çox kitablarla rastlaşarıq. Kitab çox maraqlı və dəyərli bir məhsuldur",-deyə nazir bildirib.
Tədbirin davamında mərasimin digər iştirakçılarıda N. İmanquliyevin həyat və fəaliyyətindən söz açıblar.