PDF Oxu

Əsas

  • 14

Oxşar talelər Rumıniyada rumın dilində

Oxşar talelər Rumıniyada rumın dilində
Buxarest Universitetinin professoru, tanınmış tarixçi alim Kopi Kuçuk tərəfindən qələmə alınmış "Heydər Əliyev zəmanəmizin Atatürkü" kitabı işıq üzü görmüşdür. "Heydər Əliyev zəmanəmizin Atatürkü" kitabında Türkiyə Cümhuriyyətinin qurucusu Mustafa Kamal Atatürk və Azərbaycan xalqının ümummilli lideri, müstəqil Azərbaycan dövlətinin qurucusu Heydər Əliyevin oxşar taleyindən, dünya miqyaslı bu iki siyasi xadimin xalqlarının və ölkələrinin ən ağır, böhranlı dövründə hakimiyyətə gələrək, tənəzzülə uğrayan və dağılmaqda olan dövlətlərinin qorunub saxlanmasında, inkişaf edib möhkəmlənməsində göstərdikləri misilsiz fəaliyyətlərindən ətraflı söhbət açılır.
Kitabda "Mustafa Kamal və Heydər Əliyev", "Heydər Əlirza oğlu Əliyev Azərbaycan xalqının ümummilli lideridir", "Heydər Əliyev və müstəqil dövlətçilik", "Bakı-Tbilisi-Ceyhan layihəsi", "Prezident İlham Əliyev" (portret cizgiləri) və s. kimi sərlövhəli məqalələr yer almışdır.
Rumıniyada yaşayan Azərbaycan icmasının təşəbbüsü və Azərbaycanın Rumıniyadakı səfirliyinin dəstəyi ilə Alban mənşəli professor Kopi Kuçuk tərəfindən qələmə alınmış bu kitab, Buxarestin Librarium Haemus nəşriyyatında rumın dilində nəş edilmiş və geniş oxucu kütləsinin marağına səbəb olmuşdur.
Buxarest Universitetinin professoru, tanınmış tarixçi alim Kopi Kuçuk ümummilli lider Heydər Əliyevin 85 illik yubileyi münasibətilə Yeni Azərbaycan Partiyasının təşəbbüsü və təşkilatçılığı ilə 2008-ci ildə Bakıda "Demokratiya və sabitlik naminə: əməkdaşlığın yeni imkanları" mövzusunda keçirilən beynəlxalq konfransın iştirakçısı olmuşdur.

Digər xəbərlər