Rusiya Abxaziya və Cənubi Osetiyadakı hərbi kontingentini ixtisar etmək qərarı qəbul edib
RİA "Novosti" informasiya agentliyinin yaydığı məlumata görə, Rusiyanın müdafiə nazirinin birinci müavini general-polkovnik Aleksandr Kolmakov belə bir bəyanat vermişdi ki, Rusiyanın Abxaziya və Cənubi Osetiyadakı bazalarında hərbi kontingentinin ixtisar edilməsi nəzərdə tutulmuşdur.
Əvvəllər nəzərdə tutulurdu ki, Rusiyanın iki bazasının hər birində 3700 hərbi qulluqçu xidmət etsin. Ancaq A.Kolmakov demişdir ki, Abxaziya və Cənubi Osetiyadakı hərbi bazaların şəxsi heyətinin hamısını dislokasiya etməsinin xüsusi əhəmiyyəti yoxdur. Onun dediyinə görə, hər iki respublikanın hərbi bazalarında "kifayət qədər ciddi hərbi birləşmələr" dislokasiya olunacaqdır. "Öz strukturana və tərkibinə görə bu bazalar briqadalar şəklində fəaliyyət göstərəcəkdir" deyə A.Kolbakov bildirmişdir.
Əvvəllər belə məlumat verilmişdi ki, Rusiya silahlı qüvvələrinin Abxaziyada yerləşən yeddinci bazasına yeni hərbi-texnika - T-90 tankları və havadan müdafiə zenit-raket kompleksləri göndərilmişdir.
Cənubi Osetiya hökuməti öz konkret torpaq sahələrini 99 il müddətinə Rusiyanın hərbi bazalarına həvalə etmişdir. Analoji obyektlər Abxaziyada 49 il müddətinə yerləşdiriləcəkdir. Rusiyanın Müdafiə Nazirliyi noyabrda belə bir bəyanat vermişdi ki, bazaların tikintisi üçün 10-12 milyard rubl lazım gələcəkdir.
Aprelin axırlarında Rusiya Abxaziya və Cənubi Osetiya ilə dövlət sərhədlərinin birgə mühafizə edilməsi sahəsində sənəd imzalamışdı. Bu, o deməkdir ki, hər iki respublikanın sərhədi Rusiyanın nəzarəti altında olacaqdır.