PDF Oxu

Əsas

  • 1 665

Mübariz Qurbanlı İsrailin Akko şəhərinin meri ilə görüşüb

image

Dünən İsrailin Akko şəhərinin meri Şimon Lankrinin başçılıq etdiyi nümayəndə heyəti Bakıya səfəri çərçivəsində Azərbaycan Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət Komitəsində olub və qurumun sədri Mübariz Qurbanlı ilə görüşüb.

SİA-nın məlumatına görə, görüşdə iki ölkə arasındakı əlaqələr və din münasibətləri ətrafında əməkdaşlıq məsələləri müzakirə olunub. DQİDK-nın sədri Mübariz Qurbanlı bildirib ki, sizin Bakıya səfər proqramınız çox zəngindir: "Sizin Akko şəhərində Azərbaycan üçün görülən işləri yüksək qiymətləndiririk. Əminəm ki, qarşılıqlı səfərlər hər iki ölkənin əlaqələrinə daha da yeni inkişaf qatacaq. Azərbaycan tolerant ölkədir. Təbii ki, bunun da əsası Ümummilli Lider Heydər Əliyev tərəfindən qoyulub. Bu siyasət cənab Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Yəhudilərlə Azərbaycan həmişə müttəffiq kimi çıxış ediblər. Siz Qubada olarkən orada ucaldılan Memorial Soyqırım Kompleksində ermənilərin Azərbaycanlılara qarşı törətdikləri vəhşiliklərin şahidi olacaqsınız. Ölkəmizdə hazırda 7 senaqoq var və bunun ikisi Bakı şəhərindədir. Ermənistan dövləti Azərbaycanın 20 faiz ərazisini işğal edib və həmin döyüşlərdə yəhudi millətindən olan insanlarda həlak olub". İsrailin Akko şəhərinin meri Şimon Lankrin isə öz növbəsində qeyd edib ki, Azərbaycana səfər tarixi bir hadisədir: "Mən ölkənizdə səfərdə olduğum zaman böyük sürprizlərlə rastlaşdım. Sözün həqiqi mənasında hər iki ölkənin əlaqələri yüksək səviyyədə inkişaf edir. Dövlətiniz inkişaf edib. Bakı şəhəri günü-gündən gözəlləşir. Fəxr edirik ki, biz Azərbaycanlıların dostu olmuşuq. Biz "Xocalıya Ədalət" kampaniyası çərçivəsində böyük bir tədbir keçirdik və hər kəs bizə dəstək oldu. İnanıram ki, bundan sonra da əlaqələrimiz güclənəcək. Deyərdim ki, bu insanlar çox etibarlıdır. Sizin dövlətin apardığı strategiya bizim üçün fəxr sayılır". Daha sonra qarşılıqlı olaraq hədiyyələr təqdim olunub. Qeyd edək ki, qonaq Bakıya səfəri çərçivəsində bugün həmçinin Azərbaycan Dillər Universitetinin İsrail və Yaxın Şərq araşdırmalar mərkəzi ilə tanış olacaq, eləcə də ADU-nun İsrailşünaslıq ixtisasında təhsil alan tələbələrlə görüşəcək.

Digər xəbərlər