PDF Oxu

Əsas

  • 2 480

Əli Əhmədov: “YAP cəmiyyətin aparıcı siyasi qüvvəsidir”

image

"Ümummilli Lider Heydər Əliyevin rəhbərliyi altında 1992-ci ildə təsis edilmiş Yeni Azərbaycan Partiyası (YAP) Azərbaycanın siyasi həyatında və siyasi tarixində önəmli rol oynayıb". SİA-nın məlumatına görə, bunu jurnalistlərə açıqlamasında Baş nazirin müavini, Yeni Azərbaycan Partiyasının Sədr müavini-İcra katibi Əli Əhmədov deyib.

YAP-ın Sədr müavini-İcra katibinin sözlərinə görə, Ulu Öndərin rəhbərliyi altında Azərbaycan ən böyük təhlükələrdən xilas olub və müasir Azərbaycan dövləti və cəmiyyəti yaradılıb: "Bugünkü müstəqil, inkişaf edən, dünyaya sürətlə inteqrasiya edən Azərbaycan təbiidir ki, Ümummilli Liderin rəhbərliyi altında YAP-ın çoxmilli üzvlərinin yaxından iştirakı ilə yaradılıb. Biz məmnunluq hissi ilə YAP-ın Azərbaycanda bu gün Prezidenti İlham Əliyevin altında həyata keçirilən genişmiqyaslı quruculuq işlərində yaxından iştirak etdiyini qeyd etmək istəyirik". Əli Əhmədov əlavə edib ki, hakim partiya bu gün cəmiyyətin aparıcı siyasi qüvvəsidir: "Hesab edirəm ki, YAP-ın bu yaxınlarda ölkəmizdə keçirilən parlament seçkilərində növbəti qələbəsi də partiyanın böyük ictimai nüfuzundan və dəstəyindən xəbər verir. İnanıram ki, uzun illər hakim partiya Prezidentimiz, YAP-ın Sədri İlham Əliyevin rəhbərliyi altında Azərbaycanın siyasi həyatında aparıcı rolunu qoruyub saxlayacaq. Bundan sonra da Azərbaycanın inkişafı, yüksəlişi, insanlarımızın həyatının, rifahını yaxşılaşması Prezident İlham Əliyevin həyata keçirdiyi Heydər Əliyev siyasəti və YAP-ın adı ilə bağlı olacaq".

Digər xəbərlər