PDF Oxu

Əsas

  • 2 900

Əli Əhmədov: “Sərsəng su anbarı ilə bağlı məsələ bizi narahat edir”

image

"AŞPA-nın iclasında Sərsəng su anbarı ilə bağlı Ermənistanın qəbul etdiyi qətnamə Azərbaycan cəmiyyətini düşündürən məsələdir. Azərbaycanın ərazilərinə hücum edən və torpaqlarımızın 20 faizə qədərini işğal edən erməni işğalçıları digər vasitələrlə də Azərbaycana problemlər yaratmağa çalışır". SİA-nın məlumatına görə, bu fikirləri Azərbaycan Respublikası Baş nazirinin müavini, Yeni Azərbaycan Partiyasının Sədr müavini- İcra katibi Əli Əhmədov jurnalistlərə açəqlamasında deyib. Baş nazirin müavini qeyd edib ki, Sərsəng su anbarı ilə bağlı məsələ bizi ciddi narahat edir: "Hesab edirəm ki, bütün beynəlxalq təşkilatlar, dünya birliyi və ictimaiyyəti Azərbaycana qarşı ola biləcək erməni təxribatlarının qarşısının alınması üçün tədbirlər görməlidir".

Əli Əhmədov daha sonra bildirib ki, Azərbaycanda dərman istehsal edən müəssisələr yaradılacaq. Ə.Əhmədov bildirib ki, Azərbaycanda dərman istehsalının təşkil edilməsi və müvafiq qurumların yaradılması gündəmdə olan məsələlərdən biridir. Qeyd edib ki, Azərbaycanın dərman sektoru yalnız xaricdən idxal olunan dərmanlar hesabına özünü təmin edə bilməz. Dərman istehsalının təşkil edilməsi və müvafiq qurumların yaradılması istiqamətində işlər aparılır.

Digər xəbərlər