PDF Oxu

Əsas

  • 2 424

"QİÇS və narkomaniyaya qarşı mübarizəyə sən də qoşul, sağlam həyat tərzini seç!"

image

Suraxanı rayonunda narkomaniyaya qarşı mübarizə həftəsi çərçivəsində bu mövzuda maarifləndirici tədbir keçirilib

Narkomaniyaya qarşı mübarizə həftəsi çərçivəsində Suraxanı rayon icra hakimiyyətinin, rayon gənclər və idman idarəsinin, "Ədalət və inkişaf naminə uşaq və gənclərə dəstək" ictimai birliyinin birgə təşkilatçılığı ilə Hövsan qəsəbəsində yerləşən 270 nömrəli tam orta məktəbdə "QİÇS və Narkomaniyaya qarşı mübarizəyə sən də qoşul, - sağlam həyat tərzini seç!" adlı maarifləndirici tədbir keçirilib. Tədbir hər iki dəhşətli bəladan əziyyət çəkən insanların faciəli həyatından bəhs edən kinosüjetin nümayişi ilə başlanıb.

270 nömrəli məktəbin direktoru Əli İsgəndərov tədbiri açaraq narkotiklərin insan orqanizminə, sağlamlığa vurduğu zərərdən, ümumilikdə cəmiyyətdə törətdiyi sosial bəlalardan danışıb və şagirdləri narkomaniyaya qarşı mübarizədə fəal olmağa səsləyib.

"Ədalət və inkişaf naminə uşaq və gənclərə dəstək" ictimai birliyinin sədri Könül Əfəndiyeva isə şagirdlərə insan mənəviyyatını alçaldan, intellektual səviyyəsini heçə endirən vərdişlərdən uzaq olmağı tövsiyə edib.

Tədbirdə çıxış edən Suraxanı rayon icra hakimiyyəti başçısı aparatının baş məsləhətçisi Yeganə Rəhimova qeyd edib ki, Azərbaycan Prezidenti Cənab İlham Əliyev "Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsi və narkomanlığın yayılması üzrə Dövlət Proqramı (2013-2018)"nın təsdiq edilməsi haqqında Sərəncam imzalamışdır. Bu mühüm Dövlət Proqramının icrası ilə əlaqədar Suraxanı rayonunun tam orta məktəblərində, məktəbdənkanar təhsil müəssisələrində, gənclərlə keçirilən görüşlərdə genişmiqyaslı maarifləndirmə işləri aparılır, məktəblilərin və yeniyetmələrin iştirakı ilə silsilə tədbirlər həyata keçirilir. Bu maarifləndirici tədbirlərdə bütün dünya üçün ən təhlükəli bəlalara çevrilən narkomaniya, QİÇS barədə məlumat verilir, filmlər, video-roliklər nümayiş etdirilir.

Tədbirdə Suraxanı rayon Heydər Əliyev Mərkəzinin əməkdaşı Ayan Yusifova, rayon gənclər və idman idarəsinin rəis müavini Elşən Atakişizadə, idarənin aparıcı məsləhətçisi Elnarə Məmmədova çıxış edərək, şagirdlərə bu bəlaya qarşı birgə mübarizə aparmaq üçün tövsiyyə və məsləhətlər veriblər.

Diskussiya formasında keçirilən tədbirdə məktəblilərin çoxsaylı suallarına aydınlıq gətirilib, şagirdlərə mövzu üzrə buklet və broşurlar paylanılıb.

Zümrüd BAYRAMOVA

Digər xəbərlər