PDF Oxu

Əsas

  • 1 911

Taleh Bağırzadənin tapşırıqları Cəmil Həsənlidən aldığı üzə çıxır

image

Nardaran hadisələrinə dağıdıcı müxalifətin dəstək verməsi həmin dini ekstremist qüvvələrlə müxalifətin əməkdaşlıq münasibətlərinin malik olduğunu göstərir. Bu fikirləri daha da möhkəmləndirən Nardarandakı ekstremist qrupun əsas idioloqlarından olmuş Taleh Bağırzadənin "Milli Şura"nın fəal üzvülərindən olmasıdır. Hətta məlumatlara görə, qondarma "Müsəlman Hərəkatı Təşkilatı"nın sədri Taleh Bağırzadə tapşırıqları "Milli Şura"nın sədri Cəmil Həsənlidən alıb.

Beynəlxalq Münasibətlərin Araşdırılması Mərkəzinin rəhbəri Rufiz Qonaqov "Səs" qəzetinə açıqlamasında bildirdi ki, terrorçuluğa meyilli olan radikal dini qurplaşmaları müdafiə etmək artıq dağıdıcı müxalifətin son məqsədi olub: "Bu qüvvələr xalqdan heç bir siyasi dəstək ala bilmədiklərinə görə, son ümidlərini bu cür xoşagəlməz hərəkətlərin yaradılmasına əl atan və xaricdən maliyyələşərək xarici qüvvələrin maraqlarına xidmət edən radikal dini qruplaşmaları dəstəkləməyə ümid bəsləyirlər. Bununla da son ümidlərini reallaşdırmaq istəyirlər. Demək olar ki, vaxtaşırı Azərbaycanda istər din pərdəsi altında, istərsə də siyasiləşmiş QHT-lərdən istifadə etməklə ölkədaxili təxribatların törədilməsində xarici xüsusi kəşfiyyat orqanlarının sifarişlərini yerinə yetirməyə çalışıblar".

Təşkilat sədrinin sözlərinə görə, bəzi qərəzli fəaliyyətləri ilə seçilən beynəlxalq təşkilatların ölkəmizə qarşı ikili standatlardan çıxış etmələri halları olub: "Bu gün də Nardaran hadisələri bir daha onu nümayiş etdirdi ki, müəyyən xaici dairələr Azərbaycanda gərginlik yaratmaq niyyətindədirlər. Onların məqsədi ondan ibarətdir ki, ölkəmizdə ictimai siyasi sabitıik pozulsun və bununla da məkrli qara niyyətlərini reallaşdırsınlar. Amma fakt ondan ibarətdir ki, bu gün mökəm əsaslara malik xalq-hakimiyyət birliyi mövcuddur. Bu birliyi və mövcud sabitliyi heç bir qüvvə poza bilməz".

"Nardaran hadisələrində baş vermiş olaylarda iştirak edən ekstemist dəstənin zərərsizləşdirilməsindən sonra hadisələrin hansı məcrada davam edəcəyini düışünürsünüz" sualını cavablandıran R.Qonaqovun sözlərinə görə, ciddi-cəhdlə müəyyən qüvvələr çalışırlar ki, bu vəziyyətdən istifadə edib Nardaranda vəziyyəti gərginləşdirsinlər: "Demək olar ki, Nardaranda sabitlik yaxın günlərdə bərpa olunacaq. Ona görə ki, artıq Nardaran əhalisi, həqiqətən də, istəmir ki, bu gərginlik davam eləsin".

"Milli Şura", AXCP kimi radikal siyasi təşkilatların liderləri islam pərdəsi altındakı terrorçuluq və təxribatçılıq əməllərinə nəyə görə dəstək verir, həbs olunanların azadlığa buraxılmalarını istəyirlər" sualını cavablandıran R.Qonaqov bildirdi ki, adları çəkilən bu təşkilatlar xalq arasında heç bir sosial dayaq əldə bilmədilər. Belə olan halda bu cür vəziyyətdən öz maraqları üçün sui-istifadə etməyə çalışırlar. Bu isə uğusuz cəhdlərdən başqa bir şey deyil.

GÜLYANƏ

Digər xəbərlər