PDF Oxu

Əsas

  • 1 780

Milli Məclisin yeni tərkibdə ilk iclası keçirilib

image

Dünən yeni tərkibdə V çağırış Milli Məclisin plenar iclası keçirildi. İclasın gündəliyinə təşkilati məsələlər və Milli Məclisin komitə üzvlərinin təsdiq edilməsi daxil idi.

İclası açan Milli Məclisin spikeri Oqtay Əsədov parlament seçkilərinin azad və ədalətli keçirildiyini bildirdi: "Bütün beynəlxalq qurumlar Azərbaycanda keçirilən parlament seçkilərini azad və ədalətli seçkilər kimi qiymətləndirib. Avropa Şurası Parlament Assambleyası da seçkilərə yüksək qiymət verib".

Oqtay Əsədov, həmçinin deputat vəsiqələrinin paylanacağını bildirərək, bununla əlaqədar Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahova söz verib.

M.Pənahov azad və ədalətli seçkilərin keçirilməsi üçün ilk şərtin siyasi stabillik olduğunu söyləyib. MSK sədri seçkilərin şəffaf olması üçün veb-kameraların tətbiqinin də mühüm addım olduğunu vurğulayıb. O, Milli Məclisdə çoxlu sayda partiyaların üzvlərinin təmsil olunduğuna diqqət çəkib və bütün deputatları təbrik edib.

Daha sonra deputatlara vəsiqələri paylanıb.

Milli Məclisin Hesablayıcı Komissiyasının tərkibi dəyişdirildi

Milli Məclisin iclasında Hesablayıcı Komissiyasının üzvləri seçiliblər. İsa Həbibbəyli Elm və Təhsil Komitəsinin sədri seçildiyindən komissiyanın tərkibindən çıxarılıb. Fəttah Heydərov Hesablayıcı Komissiyanın üzvü təyin olunub.

Milli Məclisin komitə sədrlərinin müavinləri seçildi

Milli Məclisin plenar iclasında parlamentin komitə sədrlərinin müavinləri bəlli olub və 15 komitənin sədr müavinləri seçilib. Belə ki, Hüquq Siyasəti və Dövlət Quruculuğu Komitəsinin sədr müavini Rövşən Rzayev, Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədr müavini Aydın Mirzəzadə, İqtisadi Siyasət, Sənaye və Sahibkarlıq Komitəsinin sədr müavini Ağalar Vəliyev olub. Təbii Ehtiyatlar, Energetika və Ekologiya Komitəsinin sədr müavini Kamran Nəbizadə, Aqrar Siyasət Komitəsinin sədr müavini Eldar Quliyev, Əmək və Sosial Siyasət Komitəsinin sədr müavini Rauf Əliyev seçilib. Regional Məsələlər Komitəsinin sədr müavini Fəttah Heydərov, Elm və Təhsil Komitəsinin sədr müavini Bəxtiyar Əliyev, Mədəniyyət Komitəsinin sədr müavini Jalə Əliyeva, İnsan Hüquqları Komitəsinin sədr müavini Yevda Abramov, Beynəlxalq Münasibətlər və Parlamentlərarası Əlaqələr Komitəsinin sədr müavini Sevinc Fətəliyeva olub. Səhiyyə Komitəsinin sədr müavini Musa Quliyev, Ailə, Qadın və Uşaq Məsələləri Komitəsinin sədr müavini Sahibə Qafarova, İctimai Birliklər və Dini Qurumlar Komitəsinin sədr müavini Xanlar Fətiyev, Gənclər və İdman Komitəsinin sədr müavini Ülvi Quliyev seçiliblər.

Bunula da Milli Məclisin növbəti plenar iclası başa çatıb.

RƏFİQƏ KAMALQIZI

Digər xəbərlər