PDF Oxu

Əsas

  • 2 010

Əli Əhmədov: “Qətnamənin qəbul edilməməsi AŞPA-ya başucalığı gətirmir”

image

"Əgər Avropa Şurasında Parlament Assambleyasında Dağlıq Qarabağa dair qətnamə ilə bağlı səslərin sayılmasında saxtakarlıq həqiqətən olubsa, mən bunu bütövlükdə Avropanın ən vacib qurumlarından biri olan AŞPA üçün baş ucalığı gətirməyən hadisə hesab edirəm". SİA-nın məlumatlna görə, bunu Yeni Azərbaycan Partiyası Sədrinin müavini - İcra katibi, Baş nazirin müavini Əli Əhmədov jurnalistlərə açıqlamasında deyib. YAP Sədrinin müavinin sözlərinə görə, AŞPA-nın Azərbaycan torpaqlarının Ermənistan tərəfindən işğal olunması ilə əlaqədər qərar qəbul etməsinə mənfi münasibət göstərməsi və Dağlıq Qarabağla bağlı qətnamənin qəbul edilməməsi AŞPA-ya başucalığı gətirmir: "Ən azı ona görə ki, AŞPA Azərbaycan torpaqlarının Ermənistan tərəfindən işğal edilməsi faktını təsdiq edib. İkinci dəfə əks mövqeyin nümayiş etdirilməsi düzgün hal ola bilməz. Digər bir tərəfdən çox təəssüfedici hal ondan ibarətdir ki, Minsk Qrupunun həmsədrləri AŞPA-da belə bir qərarın qəbul edilməməsi üçün əllərindən gələni etdilər ki, bu da bütövlükdə Minsk qrupunun hansı məqsədə xidmət etdiyi haqqında bizi düşünməyə vadar edir".

Digər xəbərlər