PDF Oxu

Əsas

  • 2 512

Güclü gənclik gələcəyimizdir

image

Tərtər rayon icra hakimiyyəti və YAP Tərtər rayon təşkilatı Gənclər Gününü qeyd edib

Tərtər rayon icra hakimiyyəti və YAP Tərtər rayon təşkilatı 2 Fevral Gənclər Gününü rayonun Gənclər Mərkəzində qeyd edib. Tədbir iştirakçıları əvvəlcə rayonun mərkəzi meydanında ucaldılmış Ulu Öndər Heydər Əliyevin abidəsini ziyarət edib, önünə gül-çiçək dəstələri düzüblər. Rayon Gənclər Mərkəzinin iclas zalında davam edən tədbirdə YAP Tərtər rayon təşkilatı gənclər birliyinin şura üzvü, rayon gənclər və idman idarəsinin rəis əvəzi Səadət Hüseynova çıxış edərək bildirib ki, Ümummilli Liderimiz Heydər Əliyevin həyata keçirdiyi dövlət siyasətində gənclərə xüsusi diqqət və qayğı ilə yanaşması, onların problemlərinin zaman-zaman öz həllini taparaq və gənclərin hərtərəfli inkişafı üçün perspektiv planlar quruldu: "Bu gün Azərbaycan gəncliyi fəxr edir ki, müstəqil Azərbaycan dövlətinə Ümummilli Lider Heydər Əliyev siyasi məktəbinin layiqli davamçısı İlham Əliyev Cənabları başçılıq edir: "Azərbaycanın demokratik və sivil ruhlu gəncləri həmişə Ümummilli Liderimizin "Azərbaycan dövlət müstəqilliyi dönməzdir, əbədidir və Azərbaycan gəncləri bu müstəqilliyi göz bəbəyi kimi qoruyacaqlar" fikrini özləri üçün rəhbər tutur, Prezident İlham Əliyev Cənablarının apardığı uğurlu siyasəti dəstəkləyir, bu siyasətin həyata keçirilməsində fəal rol oynayırlar". Görüşdə rayon icra hakimiyyəti aparatında aparıcı-məsləhətçi Tunarə Məmmədzadə, rayon polis şöbəsinin tədqiqat qrupunun tədqiqatçısı Yasin İbrahimov, YAP rayon təşkilatı gənclər birliyinin şura üzvü, DSMF rayon şöbəsinin əməkdaşı Anar Rüstəmov, Sarıcalı kənd tam orta məktəbinin müəllimi Bənövşə İbrahimova və başqaları çıxış edərək gənclərə göstərilən qayğıdan danışdılar. Bildirdilər ki, bu gün respublikamızda hər sahədə sürətlə gedən dinamik inkişafda gənclərin yeri və rolu olduqca böyükdür və Azərbaycan gəncini bu gün hər sahədə istənilən peşə və vəzifədə görmək mümkündür. Bu isə dövlətin gənclər siyasətinə olan diqqəti, gənclərə göstərdiyi etimadın yüksək səviyyədə olmasıdır. Çıxışlarda o da vurğulandı ki, Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevin gənc nəsilə olan diqqət və qayğısı, onların sosial rifah halının daha da yaxşılaşdırılması baxımından həyata keçirdiyi uğurlu gənclər siyasəti haqqında Dövlət Proqrammı, bütün bölgələrdə olduğu kimi, Tərtərdə də müvəffəqiyyətlə həyata keçirilir. Tədbirin sonunda rayonun ictimai-siyasi həyatında fərqlənən bir qrup gəncə YAP rayon təşkilatının, rayon icra hakimiyyətinin, rayon gənclər və idman idarəsinin fəxri fərmanları, diplom və qiymətli hədiyyələri təqdim olundu.

RƏFİQƏ

Digər xəbərlər