PDF Oxu

Əsas

  • 2 122

YAP Oğuz rayon təşkilatı Gənclər Gününü qeyd edib

image

YAP Oğuz rayon təşkilatı və Oğuz rayon mədəniyyət və turizm şöbəsinin birgə təşkilatçılığı ilə rayon mədəniyyət evində 2 Fevral Gənclər Günü ilə bağlı tədbir keçirib. Tədbirdən öncə Ulu Öndər Heydər Əliyevin rayon mərkəzindəki abidəsi ziyarət edilib, abidə önünə tər güllər düzülüb.

Tədbiri giriş sözü ilə rayon mədəniyyət və turizm şöbəsinin müdiri Ulduz Baxışova açaraq, Gənclər Günü münasibətilə gəncləri təbrik edərək, müstəqil Azərbaycanın sosial-iqtisadi inkişafı yolunda onlara uğurlar arzulayıb.

Tədbirdə Oğuz rayon icra hakimiyyətinin məsul işçisi Tofiq Daşdəmirov gəncləri təbrik edərək Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin gənclərə göstərdiyi diqqət və qayğıdan danışıb.

YAP Oğuz rayon təşkilatı gənclər birliyinin sədri Mehman Ramazanov da Gənclər Günü münasibətilə Oğuz gənclərini təbrik edərək, Ümummilli Lider Heydər Əliyevin ideyalarının layiqli davamçısı Prezident İlham Əliyevin Azərbaycan gəncliyinə göstərdiyi diqqət və qayğıdan danışıb. Gənclər gününün MDB məkanında və Şərqi Avropa ölkələri arasında ilk dəfə Azərbaycanda qeyd olunmasını, bu günün 1997-ci ildə Ulu Öndər Heydər Əliyevin Sərəncamı ilə təsdiq olunmasının gəncliyə göstərdiyi diqqət və qayğının nümunəsi olduğunu, bu uğurlu siyasətin layiqli davamçısı ölkə Prezidenti İlham Əliyev tərəfindən həyata keçirilən dövlət - gənclər siyasətinin Azərbaycan gəncliyinin inkişafına və cəmiyyətdə təsdiq etməsində mühüm rol oynadığından söz açıb.

Tədbirdə rayonun Heydər Əliyev Mərkəzinin direktoru Mehriban Abbasova çıxış edərək əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulan gənclər siyasətinin bu gün möhtərəm Prezidentimiz İlham Əliyev tərəfindən uğurla davam etdirilməsindən danışıb.

Sonda rayonun ictimai həyatında fəal iştirak etmiş bir qrup rayon gənclərinə Heydər Əliyev Mərkəzi, YAP Oğuz rayon təşkilatının fəxri fərmanları və hədiyyələri təqdim olunub.

R.HÜSEYNOVA

Digər xəbərlər