PDF Oxu

Əsas

  • 2 115

YAP İsmayıllı rayon təşkilatında dəyirmi masa keçirilib

image

YAP İsmayıllı rayon təşkilatının qərargahında ölkə Prezidenti İlham Əliyevin rəhbərliyi ilə müəyyən edilmiş yeni iqtisadi islahatlarla əlaqədar qarşıda duran vəzifələrə dair partiya fəalları ilə dəyirmi masa keçirilib.

Tədbiri giriş sözü ilə açan YAP İsmayıllı rayon təşkilatının sədri Əzizə Vahabova partiyanın 2015-ci ildə gördüyü işlərdən söz açaraq qeyd edib ki, YAP İsmayıllı rayon təşkilatı ötən il partiyanın banisi Ümummilli Lider Heydər Əliyevin ideyalarından irəli gələn vəzifələrin yerinə yetirərək, əzmlə çalışmış, partiyanın Sədri İlham Əliyevin ətrafında sıx birləşərək dövlətimizin inkişafı üçün bütün səy və bacarıqlarını əsirgəməmişlər.

Ə.Vahabova bildirib ki, Azərbaycanda son 12 ildə Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən siyasət, ilk növbədə geniş sosial məzmunu ilə diqqəti cəlb edir. Ötən illərdə ölkənin dinamik iqtisadi inkişafı insanların mənafeyinə yönələn güclü sosial siyasət həyata keçirməyə etibarlı zəmin yaradır. Bu sahədə dövlət siyasəti ona istiqamətləndirilib ki, respublikamızda sosial sfera dünyanın inkişaf etmiş ölkələrindəkindən geri qalmamalıdır. Bu strateji kursa uyğun olaraq ölkə miqyasında geniş sosial infrastruktur layihələri icra edilir, insanların yaşayış səviyyəsinin yüksəlməsinə, sosial müdafiəsinin gücləndirilməsinə yönələn tədbirlər reallaşdırılır.

Tədbirdə çıxış edən partiya fəalları Zaur Muradov, Hafiz Kərimov, Murad Həbibov, Anar Rəsulov, rayon qadınlar şurasının sədri Xuraman Qurbanova, gənclər birliyinin sədr əvəzi Şəhla Qafarova və başqaları qeyd ediblər ki, ölkə Prezidentinin rəhbərliyi ilə müəyyən edilmiş yeni iqtisadi islahatlar kursu uğurlu nəticələr verəcək, vətəndaşlarımızın həyat səviyyəsinin yüksəldilməsinə yeni – yeni töhfələr bəxş edəcəkdir.

ZÜMRÜD BAYRAMOVA

Digər xəbərlər