Məlum olduğu kimi, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamına müvafiq olaraq, nazirliklərdə, icra hakimiyyətlərində Apellasiya Şuraları yaradılır. "Bu şuraların önəmi nədən ibarət olacaq" sualı maraq doğurduğundan bu sahə də ixtisaslaşmış ekspertlərə müraciət etdik.
Korrupsiyaya qarşı Mübarizə Fondunun icraçı direktoru Vasif Mövsümov:
- Apellasiya Şuralarının məqsədi sahibkarların, eləcə də hüquqi və fiziki şəxslərin şikayətlərinə obyektiv və operativ formada baxmaqdır. Prezident İlham Əliyev dəfələrlə öz çıxışlarında sahibkarlara dəstək olduğunu bildirib. Bu şuralar birbaşa sahibkarların şikayətlərinin olunması ilə bağlı fəaliyyət göstərəcəklər. Yaxşı olardı ki, bu şuralarda vətəndaş cəmyyətinin də nümayəndələri təmsil olunsun. Dəfələrlə Prezident İlham Əliyev ictimai nəzarətin vacibliyini vurğulayıb. İctimai nəzarətin vacibliyi də korrupsiyaya qarşı, neqativ hallara qarşı mübarizədə mühüm rol oynayır. Bu şikayətlərə baxılması məsələlərində Apellyasiya Şuralarında vətəndaş cəmiyyətinin nümayəndələrinin təmsilçiliyi ilə bağlı bir təklif olsaydı, bu, daha yaxşı olardı. Vətəndaş cəmiyyətidə bu yöndə və istiqamətdə öz addımlarını atardı.
Bildiyiniz kimi, eyni zamanda İctimai Şuraların yaradılması prosesi də gedir. Şura birbaşa ictimai nəzarətin təşkili ilə məşğul olacaq. Yəni İctimai Şuralarda QHT-lər təmsil olunurlar. Amma təəssüflər olsun ki, İctimai Şuraların təşkilində bir geriləmə var. Yəni bir ildən artıqdır ki, bu qanun qüvvəyə minib, amma buna baxmayaraq, İctimai Şuraların təşkili çox ləngiyir. Yaxşı olardı ki, bu fəaliyyət bir az sürətlənsin, ictimai nəzarətin təşkili üçün İctimai Şuraların tez yaradılmasına və onların fəaliyyətinin gücləndirməsinə çox böyük ehtiyac var. Bir sözlə, İctimai Şuralar birbaşa ictimai nəzarəti təşkil edəcək, Apellyasiya Şuraları isə vətəndaşların və xüsusilə də sahibkarların şikayətlərinə operativ sürətdə baxılması məsələlərində önəmli rol oynayacaq.
İnsan Hüquqları XXI əsr Fondunun sədri Şahin Camalov:
- İctimai nəzarətin əsas məqsədi qəbul edilən qərarların və icra olunan fəaliyyətlərinin nə qədər qanunvericiliyə uyğun olmasının yoxlanmasıdır. İctimai nəzarətin təmin olunmasında isə ən effektiv və həlledici rollardan biri QHT-lərin üzərinə düşür. Eyni zamanda, dövlət qurumlarının məhsuliyyətini daha da artırılması baxımından bu tip addımların atılması olduqca əhəmiyyət kəsp edir. Yəni bu, həm dövlət qurumlarının məhsuliyyətini artıracaq, həm də dövlət qurumlarının vətəndaşlar qarşısında hesabatlılığını təmin edəcək. Ümid edirəm ki, atılan bütün addımlar dövlətçilik baxımından mühüm addım olduğu kimi, yeni şuraların da yaradılması müsbət nəticələrini verəcək.
GÜLYANƏ