PDF Oxu

Əsas

  • 2 080

Zərdabda cari ildə qarşıda duran vəzifələr müzakirə olunub

image

Zərdab rayonunda ötən ilin yekunları və qarşıda duran vəzifələrə həsr olunan tədbir keçirilib. Zərdabda ötən ilin sosial-iqtisadi inkişafının yekunları və cari ildə qarşıda duran vəzifələr müzakirə olunub.

Zərdab rayon icra hakimiyyətinin başçısı Lütvəli Babayev rayonda görülən işlər barədə ətraflı məlumat verib, Prezident İlham Əliyevin qarşıya qoyduğu konkret vəzifələrdən danışıb.

L.Babayev Prezident İlham Əliyevin düşünülmüş siyasəti nəticəsində yaradılan siyasi sabitlikdən, aparılan islahatlardan, paytaxtla yanaşı bölgələrdə də sahibkarlığın inkişafından bəhs edərək bildirib ki, məhz görülən işlərin nəticəsidir ki, hesabat ilində Zərdab rayonunda ümumi məhsul buraxılışının həcmi 85 milyon 383 min manat olub: "Bu göstərici 2014-cü ilə nisbətən 4 milyon 84 min manat çoxdur. Aqrar sektorda aparıcı sahələrdən olan taxılçılıqda istehsal 118 ton artaraq 49850 tona çatıb. Heyvandarlıq üzrə bütün göstəricilərdə də artım olub. Rayonda genişhəcmli tikinti-quruculuq və abadlıq işləri görülüb, bir sıra sosial layihələr reallaşdırılıb. Əsas kapitala 8 milyon 556 manat investisiya yönəldilib ki, bunun 8 milyon 141 min manatı tikinti-quraşdırma işlərinə sərf olunub. Əhalinin elektrik enerjisi ilə normal təminatı, bütün yaşayış məntəqələrinin qazlaşdırılması istiqamətində ardıcıl işlər aparılır. Artıq rayonun 25 yaşayış məntəqəsi qazlaşdırılıb. Daha 3 kənddə işlər yekunlaşıb, 9 kənddə isə qazlaşdırma davam etdirilir".

Tədbirdə təhsil, səhiyyə, mədəniyyət sahələrində əldə olunan uğurlar barədə də geniş məlumat verilib.

Məruzə və çıxışlarda qarşıda duran təxirəsalınmaz vəzifələr, o cümlədən iqtisadiyyatın ayrı-ayrı sahələrinin inkişafı üçün potensial imkanlardan istifadə, sahibkarlara dəstək, yeni iş yerlərinin açılması və digər məsələlər barədə ətraflı danışılıb.

Hesabat yığıncağında Prezident Administrasiyasının məsul işçisi İbrahim Mustafayev və Milli Məclisin deputatı Jalə Əliyeva çıxış ediblər. 2016-cı ilin sosial-iqtisadi inkişafına dair kompleks tədbirlər planı qəbul olunub, toplantı iştirakçıları adından Prezident İlham Əliyevə müraciət ünvanlanıb.

İntizarə Məmmədova

Digər xəbərlər