PDF Oxu

Əsas

  • 2 231

“BMT Modeli Simulyasiya Oyunu-2016” layihəsinə start verilib

image

Yeni Azərbaycan Partiyası Gənclər Birliyi (YAP GB), "Foreign Policy Club"nun təşkilatçılığı və Azərbaycan Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası Diplomatiya və Araşdırmalar Klubunun dəstəyi ilə "BMT Modeli Simulyasiya Oyunu-2016" layihəsinə start verilib. "BMT Modeli Simulyasiya Oyunu"nda müxtəlif ölkə nümayəndələri gənclər tərəfindən təmsil olunub. Layihə gənclərin beynəlxalq münasibətlər sahəsini daha yaxından öyrənməyə, siyasi bilik, diplomatik natiqlik bacarıqlarını artırmağa, öz potensiallarını üzə çıxarmağa şərait yaradır.

Keçirilən layihədə gənclər onlara öncədən verilmiş mövzuya uyğun olaraq təmsil etdikləri ölkənin siyasi mövqelərini tədqiq edərək həmin ölkələrin siyasi yanaşmalarını əks etdirən çıxışlar hazırlayıblar. Oyunun davamında hər ölkə təmsilçisi onlara ayrılmış vaxt ərzində hazırladıqları məruzələrlə çıxış edərək, müzakirədə ünvanlanan sualları öz ölkələrinin mövqeyinə uyğun cavablandırmağa çalışmışıblar. Simulyasiya oyununun sonunda hər bir gənc uğurlu iştirakına görə sertifikatla təltif olunub.

Qeyd edək ki, bu layihə davamlı olacaq.

Samir

Digər xəbərlər