PDF Oxu

Əsas

  • 1 819

“Azərbaycan xam neft hasilatının yanvar ayındakı səviyyədə saxlanılması təşəbbüsünü dəstəkləyir”

image

Azərbaycan Neft İxrac edən Ölkələr Təşkilatına (OPEC) üzv bir neçə ölkənin xam neft hasilatının yanvar ayındakı səviyyədə saxlanılması təşəbbüsünü dəstəkləyir. AZƏRTAC xəbər verir ki, bu fikri SOCAR-ın prezidenti Rövnəq Abdullayev deyib. O bildirib ki, artıq bu istiqamətdə müəyyən addımlar atılıb. "Biz bu il neft hasilatının həcmini dondurmaq, yəni eyni səviyyədə saxlamaq fikrindəyik. Bununla bağlı artım layihələri artıq dayandırılıb. Bu il Azərbaycanın xam neft hasilatı keçən ilki səviyyədən yuxarı olmayacaq", - deyə SOCAR-ın prezidenti qeyd edib. Xatırladaq ki, 2015-ci ildə SOCAR üzrə neft hasilatı 8 milyon 159,1 min ton, ümumilikdə Azərbaycanda isə 41 milyon 583,6 min ton olub.

Digər xəbərlər