PDF Oxu

Əsas

  • 2 084

Xorvatiya Prezidenti: IV Qlobal Bakı Forumu böyük təşəbbüs və əla imkandır

image

Xorvatiya Prezidenti Kolinda Qrabar-Kitaroviç Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkil etdiyi IV Qlobal Bakı Forumunun təşkilatçılarına və iştirakçılarına müraciət edib. Diasporla İş üzrə Dövlət Komitəsindən Trend-ə verilən məlumata görə, Xorvatiya Prezidenti müxtəlif mədəniyyətlər, ölkələr arasındakı əməkdaşlığa və qarşılıqlı anlaşmaya verdiyi töhfələrə görə ölkə rəhbərliyinə minnətdarlığını bildirib: "Azərbaycan Respublikasında, Bakıda multietnik inam və hörmət atmosferi var. IV Qlobal Bakı Forumu bu prinsiplərə sadiq qalmaq üçün böyük təşəbbüs və əla imkandır. Cəmiyyətin bütün sahələrində birlik və dialoqu şəxsən dəstəkləyən biri kimi, hazırda hamımızın üzləşdiyi bir çox qlobal problemlər barədə fikir mübadiləsinin aparıldığı forumları dəstəkləyirəm. Avropa İttifaqında və ondan kənarda terrorizm və ekstremizm, iqlim dəyişikliyi və mövcud təhlükəsizlik təhdidləri kimi məsələlər bizim hamımıza Qərb və Şərq arasında əlaqələrin gücləndirilməsinin vacibliyini xatırladır". Dövlət başçısı bütün sahələrdə birgə qlobal fəaliyyətin önəmli olduğunu vurğulayıb: "Xorvatiya və Azərbaycan enerji, iqtisadiyyat və təhlükəsizlik sahəsindəki bir çox ümumi maraqları bölüşür. Vətəndaşlarımızın rifahı üçün narahat doğuran bütün sahələrdə dostluq münasibətlərimizin gücləndirilməsinin və dərinləşməsinin davam edəcəyinə ümid edirəm".

Digər xəbərlər