PDF Oxu

Əsas

  • 1 961

Novruz Məmmədov: “Azərbaycan Prezidentinin Vaşinqtona səfəri böyük əhəmiyyət kəsb edir”

image

Azərbaycan Prezidenti İlham Əliyevin Vaşinqtona səfəri böyük əhəmiyyət kəsb edir. Trend-in məlumatına görə, bunu ANS-ə eksklüziv açıqlamasında Prezident Administrasiyası rəhbərinin müavini, Xarici əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov deyib. N. Məmmədovun sözlərinə görə, Vaşinqtonda nüvə təhlükəsizliyi üzrə sammitdə dövlət başçısı Azərbaycanın nüvə təhlükəsizliyi sahəsində gördüyü işlər və qarşıda duran vəzifələrlə bağlı çıxış edəcək: "Bu sammitin ikinci tərəfdən əhəmiyyəti ondan ibarətdir ki, orada müxtəlif görüşlər, danışıqlar olur. Həmin danışıqlar nəticəsində də, ikitərəfli münasibətlərin inkişafı ilə bağlı irəliyə addımlar atılır". N. Məmmədov bildirib ki, bütün bu məsələləri nəzərə alaraq Azərbaycan Prezidenti İlham Əliyevin Vaşinqtona səfərinin böyük əhəmiyyəti var. N. Məmmədov həmçinin qeyd edib ki, Azərbaycan bu gün heç kimə rəqib deyil və heç bir sahədə də, hətta enerji sahəsində də, heç bir ölkə ilə rəqabət etmir. N. Məmmədov deyib ki, bunu rəqabət kimi qəbul edənlər, təxribat aparanlar sadəcə olaraq Azərbaycanın müəyyən mənada imicinə, nüfuzuna təsir göstərmək istəyirlər: "Onlar da buna nail ola bilmirlər və bilməyəcəklər, çünki biz düz yoldayıq və düzgün hərəkət edirik". N. Məmmədovun sözlərinə görə, Azərbaycanın xarici və daxili siyasəti son 25 il ərzində səmimi, qarşılıqlı, faydalı əməkdaşlığa yönəlib: "Azərbaycan şərqlə qərb arasında, şimalla cənub, islam aləmi ilə xristian aləminin sərhədində yerləşən dövlət kimi, dünyanın ən mühüm - cənub Qafqaz nöqtəsində yerləşib. Bütün yollar bu gün burdan keçir".

Digər xəbərlər