Media cəbhəmiz də qələbə qazanmaq əzmindədir!
Cəbhədə yaranan gərginlikdən sonra Azərbaycan Silahlı Qüvvələrinin əldə etdiyi ardıcıl uğurları, erməni işğalçılarının bir-birinin ardınca ağır məğlubiyyətlərə uğraması və önəmli yüksəklikləri əldən verərək geriyə çəkilməsi, o cümlədən, canlı və texniki itkiləri barədəki faktları gizlətməsi, ümumiyyətlə, yaşanan reallıqları pərdələmək cəhdləri uğursuzluğa düşar olmaqdadır. Əlbəttə ki, bunlar, ilk növbədə Azərbaycanın bütün mənalarda Ermənistan üzərindəki qələbələrinin məntiqi nəticəsidir. Daha dəqiq deəsk, Azərbaycanın şanlı silahlı qüvvələri cəbhədə əldə etdiyi zəfərləri ilə erməni rəhbərliyini ciddi şəkildə yerindən oynadıb. Bu gün Ermənistanın özündə və Qarabağın işğal olunmuş ərazilərindəki mülki şəxslər müharibə istəmədiklərini bəyan edir, zəbt olunmuş və azərbaycanlılara məxsus evləri tərkl edib, canlarını qurtarmağa çalışırlar. Onlar işğalçı və separatçı rəhbərliklərinə olan hiddətlərini etiraz mitinqləri və s. aksiyalarla bildirirlər. Məsələ o həddə qədər inkişaf edib ki, erməni silahlı qüvvələri blokpostlar quraraq, mülki əhalini işğal olunmuş ərazilərdən çıxmağa qoymurlar. Məhz belə bir ərəfədə ermənilərin ağır məğlubiyyətlərə tuş gələrək, geri çəkilmələri aşkar şəkildə görünsə də onlar indi öz yalanlarını informasiya sektorunda tirajlamağa cəhdlər göstərirlər.
İkinci böyük güc informasuya mənbələrimizin üzərinə düşür
Təbii ki, bu ərəfədə ikinci böyük güc məhz informasiya mənbələrinin üzərinə düşür. Daha dəqiq desək, cəbhə ilə yanaşı, informasiya müharibəsi də davam edir. Belə olan təqdirdə, dünya ictimaiyyətinə hadisələrin gedişatının real tərəfini göstərmək üçün isə kifayət qədər peşəkarlığın mövcudluğu vacib amillərdəndir.
Bütövlükdə götürdükdə, cəbhə xəttində baş verənlərlə bağlı ilkn mənbə olaraq, Müdafiə Nazirliyinin rəsmi xronikaları üstünlük təşkil edir. O cümlədən, TV, sayt müxbirləri də öz xəbərlərini tam dəqiqləşdirdikdən sonra ictimai rəyin diqqətinə yönəldirlər. Lakin bu da son deyil.
Yuxarıda da qeyd etdiyimiz kimi, informasiya müharibəsinin getdiyini etiraf etməklə yanaşı, bizlər media təxribatlarının da qarşısını var gücümüzlə almalıyıq. Məsələn, ötən günlərdə bəlli oldu ki, Rusiyanın bir neçə tanınmış xəbər agentliklərinə və media qurumlarına rəhbərlik edənlərin əksəriyyəti ermənilərdir. Bunu aparılan araşdırmalar da təsdiq edir. Məlum olub ki, bir çox xarici jurnalistlər cəbhə bölgələrinə gedərkən, heç akkreditasiya olunmayıblar. Müvafiq dövlət qurumları tərəfindən qeydə alınmayaraq, "vəzifələrini" icra edən həmin infiormasiya qurumları ölkəmizin daxilində təxribatçılıq əməllərini yürütməyə çalışıblar.
XİN rəsmisi: "Life News"in fəaliyyəti məqsədəuyğun hesab edilmədi"
Rusiyaya məxsus "LifeNews" telekanalının jurnalistləri ölkə ərazisindən çxarılıb. Xarici İşlər Nazirliyinin mətbuat katibi Hikmət Hacıyevin rəsmi açıqlamasına görə, kanal rəhbərliyi Azərbaycan ərazisində qeydiyyatdan keçməmiş fəaliyyət göstərib. Bununla yanaşı, qeyri-obyektiv məlumatlar yaymaqla, ermənilərin xeyrinə xəbərlər yayıblar. Mətbuat xidmətinin rəhbəri qeyd edib ki, Azərbaycan tərəfi onlara qarşı pis niyyətdə davranmasa da, "LifeNews" öz təxribatçılıq əməllərini davam etdirib: "Bu səbəbdən onların Azərbaycanda öz fəaliyyətlərini davam etdirmələri məqsədəuyğun hesab edilməyib".
XİN rəsmisi adıçəkilən kanalın daha öncələr də Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi fonunda yalan informasiyalar yaydığını xatırladıb.
Qeyd edək ki, sözügedən kanal öz reportajlarının birində cəbhəyanı bölgə hesab edilən Tərtərdən xəbər verib. Jurnslist reportajında təxribatçılıq əməlimə yol verərək, guya rayon əhalisinin qorxduğunu və kütləvi şəkildə öz evlərini tərk etdiyini bildirib.
Yeri gəlmişkən, onu da xatırlatmaq yerinə düşərdi ki, "Life News" agentliyinin rəhbəri "Baltiskaya mediaqrup" Holdinqin prezidenti erməni millətindən olan Rusiya vətəndaşı Aram Qabrelyanovdur.
Media nümayəndələrimizə xarici ölkələrdə fəaliyyət göstərən diaspor qurumlarımız da dəstək göstərməlidir
Söz yox ki, Azərbaycanın güclü media ordusu var və bu ordu artıq tam şəkildə səfərbər olunub. Ona görə də digər ermənipərəst informasiya mənbələrinin təxribatlara yol verməmələri istiqamətində kifayət qədər diqqətli olmalıdır. Bu gün hər bir media nümayəndəsi, eləcə də məlumatlarını mediadan öyrənən, sosual şəbəkələri aktiv olanlar da kimlərin təxribatçı olmalarını mütləq bilməli, onların fəaliyyətlərinə qarşı güclü anti-təbliğat vasitələri qoymalıdırlar. Məsələn, bu gün biz görsək ki, Marqarita Simonyan ("Ria Novosti" - "Rossia Today"in baş redaktoru), Sarkis Saturyan (REGNUM - şef-redaktorun müavini), Anna Adamyan ("Exo Moskva"nın internet redaktoru), Arseniy Oqanesyan ("İzvestiya" - baş redaktor), Aleksandr Qasparyan ("Dni.ru" - siyasi şöbə) adlı ermənilərin fəaliyyət göstərdikləri media qurumları hər hansı bir təxribatçı hallara yol verirlərsə, onların cavabları anındaca verilməlidir. Təbii ki, bu işdə media nümayəndələrimizə xarici ölkələrdə fəaliyyət göstərən diaspor qurumlarımız da dəstək göstərməli, mövcud həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması üçün əllərindən gələni əsirgəməməlidirlər. Belə olarsa, biz cəbhədəki qələbələrimizlə yanaşı, informasiya cəbhəsində də qələbələr əldə edəcəyik.
Rövşən NURƏDDİNOĞLU