Cəbhədəki erməni təxribatının qarşısının alınması üçün Azərbaycan Silahlı Qüvvələrinin göstərdiyi qətiyyət, mübarizlik, hücum taktikasına əsaslanan fəaliyyəti Azərbaycan cəmiyyətində çox yüksək dəyərləndirilib. Cəmiyyətin bütün sferaları, o cümlədən QHT-lər, KİV-lər və sadə vətəndaşlar Azərbaycan Silahlı Qüvvələrinə dəstək nümayiş etdirib. Söz yox ki, bütün bunların əsasında Azərbaycan dövlətinə və xalqına bağlılıq dayanır. Söhbət etdiyimiz müsahiblərimiz xalqın erməni işğalçılarını əzməkdə davam edən silahlı qüvvələrimizə inadığını və dəstəyini əsirgəmədiyini bildiriblər.
Beynəlxalq Münasibətlərin Araşdırmalar Mərkəzinin rəhbəri Rufiz Qonaqov:
- Bu gün Azərbaycan Silahlı Qüvvələri, doğurdan da erməni işğalçılarını əzməklə çox böyük şücayət göstərir. Birmənalı tərzdə demək olar ki, Azərbaycan dövləti və onun ordusu çox böyük gücə malikdir. Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin Təhlükəsizlik Şurasının iclasında da qeyd etdiyi kimi, bu gün Azərbaycan kiminsə torpaqını işğal etməyib və mühabirəbə aparmır". Bu gün Azərbaycan öz torpaqlarının azadlığı uğurunda, geri qaytarılması uğurunda mübarizə aparır. Azərbaycan Milli Ordusu bir necə gün ərzində düşmənə sarsıdıcı zərbələr vurmaqla, bir daha sübut etdi ki, həqiqətən Azərbaycan Cənubi Qazfqazın nəhəng dövlətinə və böyük güc mərkəzinə çevrilib. Artıq Azərbaycan dünyada nüfuzlu bir ölkəyə çevrilib. Bu da, sözsüz ki, Azərbaycan Prezidenti İlham Əliyevin apardığı daxili və xarici siyasət nəticəsində, milli ordu quruculuğu sahəsində illərdir ki, apardığı mübarizənin və qətiyyətin nümayişi idi ki, bu gün biz Azərbaycan xalqı öz ordumuzla qurur duyuruq.
Qaçqın və Məcburi Köçkün Gənclər Təşkilatının sədri Vüqar Qədirov:
- Azərbaycanda fəaliyyət göstərən vətəndaş cəmiyyəti inistutları orduya hər cür yardım etməyi və dətək göstərməyi özünə borc bilirlər. Artıq müxtəlif QHT-ləri xarici ölkələrdəki tərəfdaşları ilə birgə informasiya mübarizəsində öz sözünü deyir. QHT nümayəndələri təkcə informasiya cəbhəsində deyil, eyni zamanda canları ılə Azərbaycan Ordusunun yanında olmağa hazırdır. Azərbaycan Ordusunun şücaətinə hər birimiz güvənirik və hesab edirik ki, bu haqq işində ordumuz və xalqımız Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qələbə qazanacaq. Bu qələbə sorağı isə yaxın vaxtlarda eşidiləcək.
"Şəmsi Əsədullayev" Xeyriyyə İB-nin icraçı direktoru Cəsarət Hüseynzadə:
- Azərbaycan Ordusunun zəfəri cəmiyyət tərəfindən çox yüksək qarşılanır. Azərbaycan cəmiyyətinin bütün nümayəndələri ordu ilə həmrəylik nümayiş etdirir. Cəmiyyətin bütün nümayəndələri orduya dəstək olmaq məqsədi ilə, könüllü olaraq döyüşlərdə iştirak etmək üçün müraciət edir. Xaricdə yaşayan soydaşlarımız, o cümlədən qəlbi Azərbaycanla döyünən digər ölkə vətəndaşları da Ali Baş Komandana müraciət edərək, həmrəylik nümayiş etdirir. Beynəlxalq aləmdə balans Azərbaycanın xeyrinə dəyişib. Artıq bir çox dövlətlər və siyasətçilər Azərbaycanın ərazi bütövlüyü hüququnun təmin edilməsi üçün apardığı bu haqq işini anlayışla qarşılayır və bizi müdafiə edirlər. Cəbhədəki vəziyyət də sübut edir ki, Azərbaycan həm ordusunun gücünə, həm də döyüş ruhuna görə Ermənistandan üstün vəziyyətdədir. Artıq ermənilər itirdikləri əraziləri özləri etiraf etmək məcburiyyətində qalıblar. Bu şəraitdə KİV-in və QHT-lərin üzərinə əlavə məsuliyyət düşür. Hər iki sahədə çalışanlar ordumuza və milli maraqlarımızın təmin olunmasında üzərinə düşdüyü məsuliyyəti dərindən anlayır. Son günlər elektron media xəbərlərin cəbhə bölgəsindən yayımında operativlik nümayiş etdirir, eyni zamanda, erməni və digər xarici qüvvələrin qərəzli informasiyalarının yayınlanmasının qarşısını alır və əhalini dəqiq informasiya ilə təmin edir. Bütün bunlar cəmiyyətin bütün təbəqələrinin eyni maraqlara və düşmənə qarşı birləşdiklərini göstərir.
GÜLYANƏ