PDF Oxu

Əsas

  • 2 089

Nəsimi rayon ictimaiyyəti Azərbaycan Ordusunun qələbələrindən qürur duyur

image

Dünən Nəsimi rayon icra hakimiyyətində rayon ictimaiyyətinin iştirakı ilə Ermənistanın ölkəmizə qarşı növbəti uğursuz silahlı təxribatı nəticəsində təmas xəttində baş verən hadisələrlə əlaqədar aprelin 2-də Azərbaycan Respublikası Prezidentinin yanında Təhlükəsizlik Şurasının iclasında ölkə Prezidenti, Ali Baş Komandan İlham Əliyevin çıxışına dəstək tədbiri keçirilib. Tədbir iştirakçıları son günlərdə Azərbaycanın Dağlıq Qarabağ bölgəsində baş vermiş hadisələri müzakirə edərək, dövlət başçısı, silahlı qüvvələrin Ali Baş Komandanı Cənab İlham Əliyevin apardığı siyasəti yekdilliklə dəstəklədiklərini bəyan ediblər.

Əvvəlcə Vətən uğrunda canlarını fəda etmiş bütün şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbiri giriş sözü ilə Nəsimi rayon icra hakimiyyətinin başçısı Asif Əsgərov açaraq, bildirib ki, xalqımız Ali Baş Komandan, Prezident İlham Əliyevin yürütdüyü bu siyasət yeganə düzgün, alternativsiz və müvəffəqiyyət qazandıracaq siyasətdir və Nəsimi rayon ictimaiyyəti bu siyasəti yekdilliklə dəstəkləyirlər: "Ermənistan tərəfindən həyata keçirilən növbəti təxribatın qarşısını alan Azərbaycan Ordusu düşməni lazımi tərzdə cəzalandırdı və düşmən böyük itkilər verdi. Bu isə, öz növbəsində ordumuzun hansı gücə malik olduğunu bir daha təsdiq etdi. Hadisələr bir daha göstərdi ki, Azərbaycan əsgərinin qəhrəmanlığı, Azərbaycan xalqının Vətən və torpaq kimi yüksək dəyərlər uğrunda birliyi və fədakarlığı sadəcə söz deyil, gerçəklikdir. Cəbhədə verdiyi böyük itkilərdən Ermənistan demək olar ki, sarsılıb. Erməni ordusu barədə yaradılmış mif alt-üst olub. Bu isə, öz növbəsində ordumuzun hansı gücə malik olduğunu bir daha təsdiq etdi".

Milli Məclisin deputatları Ziyad Səmədzadə, Məlahət İbrahimqızı, Böyük Vətən Müharibəsi Əmək və Silahlı Qüvvələr Veteranları Şurası Nəsimi rayon şöbəsinin sədri İsmayıl Fərəcov, Qarabağ Müharibəsi Veteranları, Əlilləri və Şəhid Ailələri İctimai Birliyinin Nəsimi rayon şöbəsinin sədri Azər Quliyev, müharibə əlili Əlişir Mirzəyev və digərləri çıxış edərək Azərbaycan xalqının Vətənimizin müdafiəsi uğrunda, dövlətimizin başçısının ətrafında sıx birləşərək, torpaqlarımızın işğaldan azad olunması üçün hər an Vətənə ləyaqətlə xidmət edəcəklərini bildiriblər.

Tədbirin sonunda Nəsimi rayon ictmaiyyəti adından Azərbaycan Respublikasının Prezidenti, Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Ali Baş Komandanı Cənab İlham Əliyevə müraciət qəbul olunub.

R.HÜSEYNOVA

Digər xəbərlər