PDF Oxu

Əsas

  • 2 259

Yevlaxda hərbi xidmətə çağırılan gənclərin yolasalma mərasimi keçirilib

image

Dünən Yevlaxlı gənclər Qarabağın qapısı Yevlaxda ordumuza həmrəylik nümayış etdirirərək bir araya gəliblər. Minlərlə yevlaxlı gənc "Qarabağ bizim olacaq", "Siz rahat uyuyun, əziz şəhidlər", "İntiqam alacaq yevlaxlı gənclər" şüarları ilə yürüş edərək, Yevlax şəhərinin mərkəzi meydanına yığışdılar. Eyni zamanda, Azərbaycan Respublikası Prezdentinin Sərəncamına uyğun olaraq ölkəmizdə növbəti həqiqi hərbi xidmətə çağırışla əlaqədar olaraq Yevlax şəhərindən hərbi xidmətə çağırılan gənclərin yolasalma mərasimində meydana toplaşmış insan izdihamının alqışları həmrəyliklə baş tutub. Tədbirdə Yevlax şəhər icra hakimiyyətinin başçısı Qoca Səmədov çıxış edərək, vətəndaşlarımızın, xüsusən gənclərin bu cür yüksək vətənpərvərlik ruhunu yüksək qiymətləndirib. İcra başçısı vuğulayıb ki, cənab Ali Baş Komandanımızın əmri ilə hər an əldə silah Yevlaxdan Qarabağa getməyə hazırıq. Çıxış edən çağırışçılar hərbi xidmətə çağrıldıqları üçün qürur hissi keçirdiklərini bildirdilər. Onlar Azərbaycan bayrağını öpərək, and içdilər. Sonra yevlaxlı könüllü gənclər "Bizi də aparın Qarabağa, Vətən bizi gözləyir" deyə Orduya Çağırış Xidmətinə müraciət etdilər.

Tədbir vətənpərvərlik musiqisi sədası altında davam etdirildi.

Sonda Yevlax şəhər Mədəniyyət və Turizim İdarəsinin çağırışçılar üçün hazırladığı tamaşa nümayiş etdirildi. Yevlax şəhər icra hakimiyyətinin nümayəndəsi Vaqif Əliyev, YAP Yevlax rayon təşkilatının aparat rəhbəri Əli Quliyev, Hərbi Xidmətə Çağırış İdarəsinin rəisi Elxan Heydərov, Mədəniyyət və Turizm İdarəsinin rəhbəri Zöhrə Adığözəlova əsgərlərimizə bir daha vətənə şərəflə xidmət yolunda uğurlar və cansağlığı arzu etdilər.

Rəfiqə

Digər xəbərlər