PDF Oxu

Əsas

  • 2 083

AVSTRALİYADAN "İŞĞALA SON!" TƏLƏBİ

image

Azərbaycan və Türkiyə diasporu paytaxt Kanberradan dünyaya səsləndi

Ötən gün Avstraliyanın paytaxtı Kanberra şəhərində bu ölkədə fəaliyyət göstərən Azərbaycan və Türkiyə diasporlarının iştirakı ilə qoşunların təmas xəttində təcavüzkar və işğalçı Ermənistanın son günlərdə intensivləşən təxribatçı hərəkətlərinə qarşı kütləvi etiraz aksiyası keçirilib.

Azərbaycan və Türkiyə bayraqlarının qaldırıldığı tədbir Avstraliyadakı erməni təşkilatlarının Azərbaycanın Kanberradakı səfirliyi önündə Azərbaycan əleyhinə keçirdiyi aksiyası ilə paralel olaraq keçirilib.

Tədbirdə Azərbaycanın ərazi bütövlüyünün bərpasına və Azərbaycan-Ermənistan-Dağlıq Qarabağ münqişəsinin nizamlanması istiqamətində aparılan danışıqlar prosesində tutduğu ədalətli mövqeyə dəstək ifadə etmək məqsədi ilə təşkil olunub.

Aksiyada iştirak edən iki qardaş ölkənin diaspora nümayəndələri "Qarabağ Azərbaycan ərazisidir!", "İşğalçı Ermənistan, Azərbaycan torpaqlarından rədd ol!", "İşğala son!", "Azərbaycan torpaqlarını öz xoşunla tərk et!", "Əsgərlərimizləyik!" kimi çoxsaylı milli ruhlu şuarlar səslənib.

Qeyd edək ki, aksiya Azərbaycan-Avstraliya-Türk Dostluq Cəmiyyəti və azərbaycanlıların Avstraliyada fəaliyyət göstərən digər diaspora təşkilatları tərəfindən birgə təşkil edilib. Aksiya yerli əhalinin geniş marağı və dəstəyi ilə müşahidə edilib.

Rövşən RƏSULOV

Digər xəbərlər