PDF Oxu

Əsas

  • 1 888

İtaliyanın “Il Tempo” qəzeti Azərbaycan səfirinin cəbhə xəttindəki son hadisələrlə bağlı açıqlamasını yayıb

image

Azərbaycanın İtaliyadakı səfiri Məmməd Əhmədzadənin bu ölkənin "Il Tempo" qəzetində Ermənistan-Azərbaycan qoşunlarının təmas xəttində vəziyyətin gərginləşməsi ilə bağlı açıqlaması yayılıb. Səfirlikdən AZƏRTAC-a bildirilib ki, diplomat aprelin 2-dən etibarən Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ətraf rayonlarında baş vermiş gərginliyin Ermənistanın hərbi təcavüzünün nəticəsi olduğunu söyləyib.

Səfir qeyd edib ki, son hərbi əməliyyatlar Azərbaycan tərəfdən mülki əhalinin həlak olması və mülki obyektlərə ziyan dəyməsinə səbəb olub. "Ermənistan 20 ildən çoxdur ki, Azərbaycan ərazisinin 20 faizini işğal altında saxlayır və həmin torpaqlardan bütün azərbaycanlıları çıxarıb. Bu günədək aparılan sülh danışıqları heç bir nəticə verməyib. Bir daha təkrar edirik ki, münaqişənin həllinin yeganə yolu BMT Təhlükəsizlik Şurası və digər beynəlxalq təşkilatların sənədlərində təsbit edildiyi kimi, erməni silahlı qüvvələrinin işğal edilmiş Azərbaycan ərazilərindən çıxarılmasından keçir", - deyə diplomat bildirib.

Digər xəbərlər