PDF Oxu

Əsas

  • 2 140

Qondarma "erməni soyqırımı": böyük siyasətdə həm alət, həm də işğalçılıq ideyası

image

Uzun illərdir ki, ermənilər tarixdə heç zaman olmayan uydurma "soyqırımı"nı dünyanın gündəliyinə gətirməklə, bu gün ondan siyasi məqsədlər üçün istifadə edirlər. Ən əsas məsələ ondadır ki, indi ayrı-ayrı ölkələrin parlamentində deputatlar əl qaldırıb-endirməklə tarixdə heç biz zaman olmayan uydurma "soyqırımı"nın guya olduğu barədə sənədlər qəbul edirlər. Bu yerdə təəssüf doğuran odur ki, həmin əl qaldıranlar tarix kitabının belə bir səhifəsini oxumadıqları halda "tarixçi" rolunda çıxış etməklə, təkcə məsuliyyətsizlik deyil, tarixi faktlar, materiallara hörmətsizlik, tarixi inkar etmək kimi məsuliyyətdən qaçırlar. Ancaq əsl, gerçək tarix heç də onların bilmədikləri tarixə əl qaldırmaq deyil. Əsl gerçəklikdə uydurma "soyqırımı"nı olmamasıdır.

Musa Qasımlı: "Qondarma "soyqırımı"- erməni ideologiyasıdır"

Tarix elmləri dokroru, Bakı Dövlət Universitetinin professoru, millət vəkili Musa Qasımlı ermənilərin uydurduqları qondarma "erməni soyqırımı"nın faktlarla yalan olmasını real faktların dili ilə sübut edir. Tarixçi professor bunun üçün Amerika Birləşmiş Ştatları, Rusiya, İngiltərə, Türkiyə, Gürcüstan, Azərbaycan, Avstriya və Çexiya arxivlərində araşdırma apardığını bildirir: "Soruşa bilərsiniz ki, nəyə görə ermənilər 24 apreli uydurma "soyqırımı" günü kimi qeyd edirlər? Diqət yetirsək, görərik ki, bütün bu qırğınların hamısı 1915-ci ilin aprelinə qədər olub, ermənilər tərəfindən türklərə və müsəlmanlara qarşı törədilib. Erməni silahlıları dinc türkləri, müsəlmanları qırıblar, yerlərdə yaşayan ermənilər hökumət orqanlarına hücum edib, ölkəyə, rəsmi hakimiyyətə qarşı qiyam qaldırıblar. 1915-ci il aprelin 24-də Osmanlı İmperatorluğunun Daxili İşlər Nazirliyi bir əmr verdi. Aprelin 26-da da Baş Komandanlığın əmri çıxdı. O əmrə görə 2345 erməni terrorçusu ölkənin müxtəlif yerlərində həbs edildi. 1915-ci il mayın 27-də "Söbh və isqan haqqında" Qanun qəbul edildi. Dövlətə qarşı qiyam qaldıran ermənilər daha təhlükəsiz yerlərə köçürülməyə başlanıldı. Köçürülərkən bu ermənilərin canı və malı qorunmalıydı. Köçürmə dövlətin hesabına həyata keçirilirdi. Ermənilər köçürülərkən onların təhlükəsizliyini qorumaqdan ötrü jandarm qüvvələri verilmişdi. Sağlamlıqlarının qorumasından ötrü həkimlər ayrılmışdı. Ermənilər Van, Bitlis və Ərzurumdakı vilayətlərin daxilində olan daha təhlükəsiz ərazilərə köçürüldülər. 1916-cı il oktyabr ayının məlumatına görə, təxminən 702 min 900 nəfər erməni köçürülüb və onların müharibə aparmalarına baxmayaraq, Osmanlı höküməti tərəfindən qayğı ilə əhatə olunmuşlar. Hökumət bu prosesə təxminən 86 milyon lirə xərcləmişdi. Deməli, 24 aprelin soyqırımı kimi götürülməsinin "ermənilərin öldürülməsi" ilə heç bir əlaqəsi yoxdur. Həmin gün erməni terrorçularının həbsi günüdür. Bu gün ermənilər 1 milyon 500 min nəfər erməninin qırıldığını söyləyirlər. Bu həqiqətə nə dərəcədə uyğundur? Ermənilər 1 milyon nəfərin öldürüldüyünü yazırlar. Həmişə yalan-böhtan yazan ermənilərdən həqiqəti gözləmək olmayıb. Əvvala, ölənlər hərbi əməliyyat meydanında ölənlərdir və sayı bu qədər deyil. Həmin dövrün rəqəmlərinə diqqət yetirsək, görürük ki, öldürülən ermənilərin sayı əvvəlcə 600 min, sonra 800 min, daha sonra isə 1 milyon 500 min nəfər göstərilir. Ona görə də, qondarma "soyqırımı"- erməni ideologiyasıdır. Bütün tarixi sənədlərin hamısı aydın şəkildə göstərir ki, ermənilərin "soyqırımı" ilə bağlı söylənilənlərin heç bir əsası yoxdur. "Soyqırımı" onların alver predmetinə çevrilib".

Beləliklə də, indi erməni millətçiləri qondarma "erməni soyqırımı"nı hər dəfə qabardaraq özlərini məzlum xalq kimi göstərməyə çalışırlar. Amma bu məzlumluğun arxasında əsrlərdən bəri uzanan qanlı əllər dayanır. Artıq bütün dünyaya məlumdur ki, qondarma "erməni soyqırımı" böyük siyasətdə həm alət, həm də işğalçılıq ideyasıdır.

RƏFİQƏ HÜSEYNOVA

Digər xəbərlər