PDF Oxu

Əsas

  • 2 233

Musa Quliyev: “Prezidentin cəbhədə olması əsgərlərimizdə inamı artırır”

image

"2003-cü ildə prezident seçkiləri dövründə cənab İlham Əliyev xalqa müraciətində dedi ki, "mən bütün Azərbaycan xalqının prezidenti olacam". Ölkə rəhbəri eyni ildə inaqurasiya mərasimində də bu sözləri səsləndirdi. Son 13 il ərzində isə hər gün cənab Prezident öz fəaliyyətində bu sözlərin həqiqət olduğunu sübut edib". Bunu SİA-ya Yeni Azərbaycan Partiyası (YAP) Siyasi Şurasının üzvü, millət vəkili Musa Quliyev Prezident İlham Əliyevin cəbhə bölgələrinə etdiyi səfərə münasibət bildirərkən deyib. YAP Siyasi Şurasının üzvünün sözlərinə görə, dövlət başçısının özünün 50 illik yubileyini məhz cəbhə bölgəsində məcburi köçkünlərlə bir yerdə keçirməsi bütün bu deyimlərə sübutdur: "Hətta iki il bundan öncə də cəbhədə bugünkü kimi gərginlik yaşanmışdı. Bütün bunlara baxmayaraq, ölkə rəhbəri cəbhə bölgələrinə gedərək orada əhali, əsgərlərlə görüşür və bir yerdə olduğunu sübut edir. Bununla da dövlət başçısı sözün həqiqi mənasında Azərbaycan xalqının layiqli bir lider olduğunu göstərir. Cənab Prezidentin həm də Ali Baş Komandan kimi cəbhədə olması əsgərlərimizə, zabitlərimizə böyük ruh yüksəkliyi verir və torpaqlarımızın işğaldan azad olunmasına inamı artırır". M.Quliyev əlavə edib ki, dövlət başçısının xalqın, cəbhəyanı ərazilərdə məskunlaşan sakinlərin yanında olması həmin insanların da əhval-ruhiyyəni daha da yüksəldir və onlarda qorxu hissini azaldır: "Bütövlükdə bütün bunlar Azərbaycan xalqında birlik, mübarizlik əhval-ruhiyyəsi yaradır. Hesab edirəm ki, elə əsl rəhbər dar gündə xalqı ilə bir yerdə olmalıdır. Cənab Prezident İlham Əliyevin də rəhbərlik təcrübəsi bunu bir daha sübut edir".

Digər xəbərlər