PDF Oxu

Əsas

  • 2 265

Azərbaycan diasporu Dağlıq Qarabağ münaqişəsi ilə bağlı əsassız iddialara qarşı çıxıb

image

Finlandiyanın Helsinki Universitetində "Dağlıq Qarabağ münaqişəsində son vəziyyət" adlı konfrans keçirilib. Diasporla İş üzrə Dövlət Komitəsindən "Səs" qəzetinə verilən məlumata istinadən, Ermənistan xarici işlər naziri Edvard Nalbandyanın iştirakilə keçirilən konfransda Finlandiya-Azərbaycan Assosiasiyasının sədri Vasif Muradlı, Azərbaycanlı Qadınlar Cəmiyyətinin sədri Arzu Oqtay, Vaasa Universitetinin tələbəsi Fərid Zülfiqarov, Aalto Universitetində kimya mühəndisliyi üzrə tədqiqatçı Karhan Özdenkçi də iştirak ediblər.

Azərbaycan diaspor nümayəndələrinin konfransda iştirakının məqsədi Ermənistan xarici işlər nazirinin Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsilə bağlı əsassız iddia və fikirlərinə qarşı çıxmaq, bölgədəki son hərbi vəziyyətlə bağlı həqiqətləri konfransa qatılanların diqqətinə çatdırmaq olub.

Finlandiya-Azərbaycan Assosiasiyasının nümayəndə heyətindən Fərid Zülfiqarov çıxış edərək Nalbandyanın işlətdiyi Dağlıq Qarabağın sovetlər dönəmində Azərbaycana verilməsi ilə bağlı ifadəsinin tamamilə yalnış fikir olduğunu vurğulayıb. Bildirib ki, hələ 1918-ci ildə Qafqaz ölkələri öz müstəqilliklərini əldə edərkən Dağlıq Qarabağ Azərbaycanın tərkib hissəsində olub. O, çıxışında qeyd edib ki, Nalbandyanın səsləndirdiyi "Dağlıq Qarabağ ermənilərinin öz müqəddəratını həll etmək hüququ", əslində, Dağlıq Qarabağın işğalından başqa bir şey deyildir və bu işğal faktı BMT və Avropa Parlamentinin müvafiq qətnamələri ilə tanınır. F.Zülfiqarovun Ermənistan rəhbərliyinin danışıqlar prosesindən çəkilməyi ilə bağlı sualını isə erməni nazir cavablandıra bilməyib. Həmçinin, o, Ermənistan rəhbərliyinin həmişə Minsk Qrupunun, digər dövlətlərin və beynəlxalq qurumların təklif etdiyi həll yollarından imtina etməsilə bağlı da nazirə sual ünvanlayıb.

Aalto Universitetinin tədqiqatçısı Karhan Özdenkçi Xocalı qırğınını xatırladaraq 1992-ci il fevralın 25-dən 26-a keçən gecədə altı yüzdən çox insanın, uşaqların, qadınların, qocaların qətlə yetirilməsinə açıqlama verilməsini, Ermine Nagdalyanın Ermənistan parlamentində söylədiyi "Dağlıq Qarabağ Ermənistana aid deyil və Ermənistan silahlı qüvvələri oranı tərk etməlidir" fikrinə münasibət bildirilməsini istəyib.

Nalbandyan verilən suallara hər zamankı kimi, aiddiyyatı üzrə olmayan cavablar verərək, əsas mövzudan yayınmağa çalışıb.

NƏZAKƏT

Digər xəbərlər