PDF Oxu

Əsas

  • 2 191

Tanınmış jurnalist Tomas Qoltsun Azərbaycan dilinə tərcümə edilmiş “Azərbaycan gündəliyi” kitabının təqdimatı olub

image

Mayın 24-də ADA Universitetində tanınmış amerikalı ekspert, müstəqil jurnalist Tomas Qoltsun Azərbaycan dilinə tərcümə edilmiş "Azərbaycan gündəliyi" kitabının təqdimatı olub. Kitab ümummilli lider Heydər Əliyevin Tomas Qolts haqqında söylədiyi fikirlərlə başlayır.

Nəşrdə Tomas Qoltsun şahidi olduğu və 1990-cı illərdən indiyədək Azərbaycanın ictimai-siyasi həyatında cərəyan edən hadisələr əksini tapıb. Təqdimat mərasimində çıxış edən ADA universitetinin rektoru Hafiz Paşayev Tomas Qoltsun çətin günlərdə Azərbaycanı dəstəkləyən az adamlardan biri olduğunu söyləyib. Rektor bildirib ki, bu kitab Azərbaycanın yaxın tarixini öyrənmək istəyənlər üçün dəyərli mənbə rolunu oynayacaq. ABŞ-ın Azərbaycandakı səfirinin müavini Derek Hoqan bildirib ki, kitabın böyük bir hissəsi Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə aiddir. O, kitabın səfirlik və ADA universitetinin birgə fəaliyyəti nəticəsində tərcümə olunduğunu qeyd edib. Tanınmış jurnalist Tomas Qolts çıxışında deyib ki, bu gün Azərbaycan artıq müstəqil ölkədir. Halbuki 1993-cü ildə Azərbaycanın belə bir ölkə olacağı barədə düşünmək çox çətin idi. Ulu öndər Heydər Əliyev Naxçıvanda olarkən onunla görüşdüyünü deyən Tomas Qolts bu kitabın o dövrün həqiqətlərini əks etdirdiyini diqqətə çatdırıb.

Digər xəbərlər