PDF Oxu

Əsas

  • 2 333

Azərbaycan aviatorları ümummilli lider Heydər Əliyevin məzarını ziyarət ediblər

image

İyunun 2-si Mülki aviasiya işçilərinin peşə bayramıdır. AZƏRTAC xəbər verir ki, bu münasibətlə "Azərbaycan Hava Yolları" Qapalı Səhmdar Cəmiyyətinin, Azərbaycan Dövlət Mülki Aviasiya Administrasiyasının, Milli Aviasiya Akademiyasının kollektivləri iyunun 2-də Fəxri xiyabana gələrək, müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, ümummilli lider Heydər Əliyevin xatirəsini ehtiramla yad edib, məzarı önünə əklil qoyublar. Görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi yad olunub, məzarı üstünə gül dəstələri düzülüb.

Azərbaycan Dövlət Mülki Aviasiya Administrasiyasının rəisi Arif Məmmədov jurnalistlərə açıqlamasında bildirib ki, əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuş hava nəqliyyatının fəaliyyətinin əsaslı restrukturizasiyası prosesi Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Azərbaycan Prezidentinin 2006-cı il 18 may tarixli Sərəncamına əsasən iyunun 2-nin hər il ölkəmizdə mülki aviasiya işçilərinin peşə bayramı günü kimi qeyd edildiyini xatırladan Arif Məmmədov deyib: "Azərbaycan aviatorların artıq 10 ildir ki, peşə bayramlarıni qeyd edirlər. Mülki aviasiya sahəsində böyük dəyişikliklər baş verir, böyük inkişaf gedir. Regionallara uçuşların sayının artırılması sahəsində mühüm işlər görülür, uçuşların təhlükəsizliyinə nəzarətin artırılması sahəsində dövlət tərəfindən müəyyən tədbirlər həyata keçirilir. Bütün aviatorlar adından ölkə rəhbərliyinə aviasiya sahəsinə bu cür diqqət yetirildiyinə görə təşəkkürümüzü bildiririk".

Digər xəbərlər