Dünən Azərbaycan Prezidenti İlham Əliyevin 2 iyun 2016-cı il tarixli sərəncamı ilə Azərbaycan diasporunun inkişafındakı xidmətlərinə görə bir qrup şəxsin fəxri adlar, orden və medallarla təltif olunması ilə bağlı mərasim keçirilib.
APA-nın məlumatına görə, ilk olaraq Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyev Aygün Attara, Elman Bayramova, Mirvari Fətəliyevaya, İsgəndər Xəlilova, Qod Nisanova, Samirə Patzer-İsmailovaya və Teymur Rzayevə 3-cü dərəcəli "Vətənə xidmətə görə" ordeni təqdim edib.
Əmrullah Məmmədov "Əməkdar elm xadimi", Mətanət Bağıyev, APAİnformasiya Agentliyinin əməkdaşı Nizami Məmmədov "Əməkdar jurnalist", Yaşar Zeynalov və Asim Səmədov "Əməkdar rəssam", Elnarə İsmayılova və İslam Manafov "Əməkdar artist" fəxri adları ilə təltif ediliblər. Bir qrup şəxsə isə "Tərəqqi" və "Dövlət qulluğunda fərqlənməyə görə" medalları təqdim edilib. Daha sonra tədbir bədii hissə ilə davam edib. Murad İbrahimov və Rəvan İsmayılo-vun ifasında "Qarabağ şikəstəsi" səslənib, "Cəngi" qrupu səhnədə yer alıb.