PDF Oxu

Əsas

  • 2 820

YAP-ın qərargahında Avropa Xalq Partiyasının baş katibi Antonio-Lopez İsturizin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüş keçirilib

image

İyunun 16-da Yeni Azərbaycan Partiyasının qərargahında Avropa Xalq Partiyasının baş katibi, Mərkəzçi Demokratlar İnternasionalının icraçı katibi Antonio-Lopez İsturiz və Mərkəzçi Beynəlxalq Demokratların Avrasiya və Sakit okean regionu üzrə koordinatoru və Yeni üzvlüklər Komitəsinin vitse-prezidenti Cesar Mateo Rossello Lopez ilə görüş keçirilib. Görüşdə Yeni Azərbaycan Partiyası ilə Avropa Xalq Partiyası və Mərkəzçi Demokratlar İnternasionalı arasında qarşılıqlı əməkdaşlıq münasibətlərinin perspektivləri barədə fikir mübadiləsi aparıldı. Görüşdə YAP İcra katibinin müavinləri Mübariz Qurbanlı və Siyavuş Novruzov iştirak edib.

Digər xəbərlər