PDF Oxu

Əsas

  • 2 199

Əli Əhmədov Avropa Xalq Partiyasının baş katibi Antonio-Lopez İsturizi qəbul edib

image

İyunun 16-da Azərbaycan Respublikası Baş nazirinin müavini, YAP Sədrinin müavini-İcra katibi Əli Əhmədov Avropa Xalq Partiyasının baş katibi, Mərkəzçi Demokratlar İnternasionalının icraçı katibi Antonio-Lopez İsturizin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib. Görüşdə Yeni Azərbaycan Partiyası ilə Avropa Xalq Partiyası, eləcə də Mərkəzçi Demokratlar İnternasionalı arasında qarşılıqlı əməkdaşlıq münasibətlərinin inkişaf perspektivləri barədə ətraflı fikir mübadiləsi aparıldı. Müzakirələrdə əminliklə vurğulandı ki, Yeni Azərbaycan Partiyası ilə Avropa Xalq Partiyası, eləcə də Mərkəzçi Demokratlar İnternasionalı arasında sıx əməkdaşlıq əlaqələri Azərbaycan-Avropa İttifaqı münasibətlərinin inkişafına öz töhfəsini verəcəkdir. Görüşdə Mərkəzçi Beynəlxalq Demokratların Avrasiya və Sakit okean regionu üzrə koordinatoru və Yeni üzvlüklər Komitəsinin vitse-prezidenti Cesar Mateo Rossello Lopez iştirak edib.

Digər xəbərlər