PDF Oxu

Əsas

  • 2 264

Referendum Aktı Azərbaycanın daha da güclənməsinə xidmət edir

image

Bu günlərdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin təqdimatı ilə Konstitusiya Məhkəməsinə göndərilmiş olduğu Referendum Aktı, əslində, birbaşa zamanın tələbidir desəm, tam yerinə düşər. Ölkə rəhbərinin göndərmiş olduğu bu Referendum Aktı, hər şeydən əvvəl hazırkı dünya siyasətində baş verən hadisələr fonunda ölkəmizin əmin-amanlığnın və sabitliyinin daha da möhkəmlənməsinə, Azərbaycanın bir dövlət kimi daha da qüdrətlənməsinə və idarəçilik baxımından daha çevik qərarların qəbul olunmasına böyük təkan olacaq. Fikrim ondan ibarətdir ki, sənəd ilə tanış olan və həmin müddəaları incələyən hər kəs bu təşəbbüsü alqışlamalıdr. Ona görə ki, dəyişiklik olacaq həmin müdəallar birbaşa Azərbaycanın müstəqilliyinin qorunmasına, Azərbaycanın gələcəkdə daha da inkişaf etməsinə xidmət edir.

Hazırda dünyada gedən siyasi proseslər, müasir dövlət idarəçiliyi, iqtisadi islahatlar, hərb sahəsində gedən müasir texnologiyalar, insan hüquqlarının qorunması, dövlətin təhlükəsizliyinin təminatı, müasir idarəetmə formaları və s. ona sövq edir ki, ölkənin konstitusiyasını da bütün bu yeniliklərə uyğunlaşdırılsın. Bunun üçün konstitusiyada nəzərdə tutulan dəyişikliyi hakimiyyət nümayəndələri və hakimiyyətdə olan siyasi partiya deyil, seçki hüququ olan Azərbaycan Respublikasının vətəndaşları müəyyən edəcək. Bu gün Azərbaycan Şərqlə Qərbi birləşdirəcək layihələrə rəhbərlik edir. Qədim İpək Yolun müasir Dəmir İpək Yolu ilə bərpa edib və dünyada Şərqlə Qərbi birləşdirən bir ölkə kimi təqdim olunur, artıq öz təbii sərvətləri ilə deyilölkəmiz müasir iqtisadi islahatları və dünyada iqtisadi tranzit mərkəzə çevrilməsi ilə gündəmdədir. Hesab edirəm ki, Cənab Prezidentin irəli sürmüş olduğu konstitusiyaya dəyişikliklərlə bağlı Referendum Aktı alqışlanmalı və bu dəyişiklik ölkəmizin inkişafına, dövlətimizin qorunmasına hesablanmış mütərəqqi bir addımdır. Həm də nəzərə almaq lazımdır ki, irəli sürmüş konstitusiyaya dəyişikliklərlə bağlı Referendum Aktı müasir zamanın tələbinə hesablanmış təkliflərdir. Bunu istər idarəçilik sahəsində təklif olunan müddəaları, istərsə də insan hüquqlarına dair müddəaları və digər təklif olunan müddəaları incələsək, aydın şəkildə görə bilərik. Azərbaycan əhalisinin say etibarilə artması, iqtisadiyatımızın güclənməsi buna imkan verir və vacib hal kimi qarşımıza qoyur ki, idarəçilik sahəsində müəyyən dəyişikliklər olunsun. Təklif olunan vitse-prezidentlərlə bağlı təkliflər dövlətimizin daha da möhkəm formada idarə olunmasına, beynəlxalq aləmdə ölkəmizin daha da aktiv fəaliyyət göstərməsinə, iqtisadi sahədə, hərbi sahədə və digər sahələrdə ölkəmizin daha da inkişafına gətirib çıxaracaq, ölkə Prezidentinin tapşırıqları zamanında və vaxtında öz həllini tapacaq.

Prezidentlik müddətinin 5 ildən 7 ilə artırılması yalnız ölkəmizdə deyil bir çox ölkələrdə mövcuddur və bu da ölkənin inkişafına, seçilmiş olan Prezidentin özünün xalqı qarşısında götürdüyü islahatları və verdiyi sözləri vaxtında başa vurmasına imkan verməsi, ölkənin inkişafına daha çox töhfə verə bilməsi, dövlətin təhlükəsizliyinin təminatı baxımından uğurlu bir seçimdir. İnsan hüquqlarına dair təklif olunan müddəalları da xüsusi vurğulamaq lazımdır. Belə ki, artıq hər bir azərbaycanlı seçmək hüququnun müyyən olunduğu 18 yaşında həm də ölkə ərazisində təşkil olunan seçkilərdə seçilmək hüququ da Konstitusiya vasitəsi ilə tanınacaq. Bildiyimiz kimi, hazırkı konstitusiyaya görə Bələdiyyə seçkilərində namizəd olaraq iştirak etmək üçün 21 yaş, parlament seçkilərində 25 yaş, prezident seçkilərində namizəd olaraq iştirak etmək üçün isə 35 yaş tələb olunurdu. Təklif olunan dəyişikliklər əhali tərəfindən dəstəklənəcəyi təqdirdə isə, 18 yaşı tamam olan və seçki qanununa uyğun gələn hər bir Azərbaycan vətəndaşı seçkilərdə seçilmək hüququndan istifadə edəcək və bu da çox demokratik bir təklifdir ki, hər kəs tərəfindən bəyəniləcəyini düşünürəm.

Son dövrlərdə dünyada gedən prosesləri yada salsaq, görərik ki, hərbi sahədə də verilən təkliflər vaxtında və zamanında verilən təkliflərdir. Hesab edirəm ki, bu təklif olunan müdəalları hər bir seçici incələsin və onda görəcək ki, Cənab Prezident tərəfindən irəli sürülmüş konstitusiyaya dəyişikliklərlə bağlı Referendum Aktı ölkəmizi daha da müstəqil, demokratik, qüdrətli, müasir və təhlükəsiz bir dövlətə çevirəcək.

Şirvan Əbilov,

Prezident təqaüdçüsü

Digər xəbərlər