Ekspert: "Sarkisyan baş verəcək hadisələrdən özünü sığortalamaq üçün boğazdan yuxarı bəyanatlar verir"
Ermənistan prezidenti Serk Sarkisyan növbəti dəfə sərsəmləyib. Xalq qarşısına çıxmaqdan qorxan Sarkisyan bu dəfə özündə "cəsarət" tapa bilib. Belə ki, paytaxt İrəvanda post-patrul polisi polkunun binasını iki həftədən artıq əldə saxlayan silahlı terrorçu qrupun üzvlərinin təslim olmasından sonra prezident Serj Sərkisyan ilk dəfə ictimaiyyət qarşısına çıxıb. Sarkisyan ictimaiyyətin müxtəlif təbəqələrinin nümayəndələrini prezident iqamətgahına toplayaraq, onların qarşısında çıxış edərək bildirib ki, Qarabağ məsələsində birtərəfli güzəştlərin olmayacaq: "Dağlıq Qarabağ heç vaxt Azərbaycanın tərkibində olmayacaq. Bu, istisnadır. Bir daha təkrar edirəm ki, istisnadır. Mən bütün şüurlu həyatımı bu problemə həsr etmişəm. Və öz xalqım üçün məqbul varianta nail olmaq üçün nəinki istənilən vəzifəni, öz canımı da qurban verməyə həmişə hazıram".
Bəs Sarkisyanın çıxışı zamanı səsləndirdiyi bu fikirlərin hansı məqsədə xidmət edir? Əslində Qarabağın tezliklə azad olunacağını bilən və bundan qaçmağın heç bir halda mümkün olmadığını görən Sarkisyan bu cür populist çıxışları nəyə nail olmaq istəyir?
Məsələ ilə bağlı "SƏS" qəzetinə açıqlama verən siyasi şərhçi Ülvi Məmmədov bildirib ki, Ermənistan prezidentinin bu çıxışı daxili auditoriyaya hesablanıb: "O başa düşür ki, Ermənistanda vəziyyət kritikdir, əhali kriminal rejimin mövcudluğundan əziyyət çəkir. Biz bir neçə gündür İrəvanda yaranan vəziyyəti yaxından müşahidə edirik. Ələ keçirilən polis məntəqəsini nə qədər ki, hakimiyyət geri qaytara bilməmişdi, Sarkisyan da dinmirdi. Hətta prezidentin bir neçə nəfərin əlində aciz qaldığı da müəyyən şübhələrə yol açır. Bu öz yerində. Ancaq fakt budur ki, Ermənistanda hər han sosial partayış, kütləvi və dağıdıcı miitnqlə baş verə bilər. Məhz Sarkisyan rəhbərlik etdiyi iqtidar komandasını bütün bunlardan sığortalamaq üçün ictimaiyyət qarşısına çıxaraq boğazdan yuxarı bəyanatlar verir. Əgər Qarabağ qaytarmaq fikrin yoxdursa, o zaman bunu grüşlərdə deməyə niyə cəsarətin çatmır? Digər tərəfdən, Qarabağ qaytarmamaq qəti fikrindirsə, o zaman görüşlərə niyə gəlirsən? Və yaxud bununla bağlı nə üçün konkret mövqe bildirə bilmirsən? Onun dedikləri cənəngiyyatdan başqa bir şey deyil. Hazırda regionda baş verən proseslər əvvəlki illərdən tamamilə fərqlənir. Bu proseslərdə isə uduzan yeganə dövlət Ermənistan olacaq. Şahidi olacaqsınız ki, tezliklə Qarabağı qaytarmamaq üçün Sarkisyanın əlində heç bir imkan, fürsət olmayacaq. O, çox söz deyə bilər. Burada əsas faktor Azərbaycanın gücüdür. Sarkisyan bilir ki, Qarabağı xoşluqla işğaldan azad etməsə, Azərbaycan güc tətbiq etmək məcburiyyətində qalacaq. Bu isə Ermənistanın məhvi deməkdir. Onun səsləndirdiyi fikirlər bu gün üçündür, elə də əhəmiyyət kəsb eləmir".
Samir