PDF Oxu

Əsas

  • 2 092

Almaniyanın yeni səfiri etimadnaməsinin surətini Azərbaycanın xarici işlər nazirinə təqdim edib

image

Almaniyanın Azərbaycanda yeni təyin olunmuş səfiri Mixail Kindsqrab etimadnaməsinin surətini xarici işlər naziri Elmar Məmmədyarova təqdim edib. Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, Elmar Məmmədyarov Mixail Kindsqrabı ölkəmizdə səfir təyin olunması münasibətilə təbrik edib və ona gələcək fəaliyyətində uğurlar arzulayıb. Görüşdə Azərbaycan və Almaniya arasında ikitərəfli münasibətlərin inkişaf səviyyəsindən məmnunluq ifadə olunub, qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Digər xəbərlər