YAP Ağcabədi rayon təşkilatının inzibati binasında 26 sentyabr 2016-cı il tarixdə Azərbaycan Respublikasının Konstitusiyasında dəyişiklik edilməsi məqsədilə ümumxalq səsverməsi (referendum) ilə əlaqədar "Yeni Azərbaycan" Təşəbbüs Qrupunun Ağcabədi rayon şöbəsinin seçki qərargahının yığıncağı keçirilib.
Yığıncağı YAP Ağcabədi rayon təşkilatının və seçki qərargahının sədri Rövşən Əhmədov açaraq bildirib ki, konstitusiyaya təklif edilən əlavə və dəyişiklik ölkəmizdə qanunçuluğun, insan hüquq və azadlıqlarının möhkəmlənməsinə, konstitusion normaların tam bərqərar olunmasına, milli təhlükəsizliyimizi təhdid edə biləcək amillərin aradan qaldırılmasına xidmət edəcək bir sənəddir.
R.Əhmədov çıxışında onu da qeyd edib ki, iyul ayının 28-də YAP Ağcabədi rayon təşkilatının konfrans zalında 61 nəfərdən ibarət ilkin təşəbbüs qrupu yaradılmış, onların içərisindən 6 nəfər "Yeni Azərbaycan" təşəbbüs qrupunun tərkibinə seçilmişdir.
Rayon təşkilatının sədri yığıncağa seçki qərargahının üzvlərini, həmçinin, "Yeni Azərbaycan" təşəbbüs qrupunun qeydə alınması üçün imza toplayacaq YAP fəallarının dəvət olunduğunu bildirib.
Yığıncaqda YAP Ağcabədi rayon təşkilatının aparat rəhbəri, seçki qərargahının sədr müavini Nazim Bünyatov çıxış edərək, imza toplanması qaydaları barədə məlumat verib. Hazırlanmış yaddaş və imza vərəqələrinin doldurulması üçün nümunə formaları imza toplayacaq YAP fəallarına paylanılıb.
YAP Ağcabədi rayon təşkilatı idarə heyətinin üzvü Qurban Babayev çıxış edərək, qeyd edib ki, Ağcabədi rayonunda keçirilən seçki və referendumların həmişə yüksək səviyyədə başa çatıb.
Yığıncaqda referendum üzrə "Yeni Azərbaycan" Təşəbbüs Qrupunun Ağcabədi rayon şöbəsinin fəaliyyət proqramı müzakirə edilərək, qəbul edilib.
NƏZAKƏT