PDF Oxu

Əsas

  • 3 594

“Azərbaycan multikulturalizmi: din və dil siyasətinin inkişaf perspektivləri” mövzusunda beynəlxalq konfrans

image

Dünən AMEA-nın Mərkəzi-Elmi Kitabxanasında "Azərbaycan multikulturalizmi: din və dil siyasətinin inkişaf perspektivləri" mövzusunda beynəlxalq konfrans öz işinə başladı.

Konfransı giriş sözü ilə AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəyli açaraq, multikulturalizm dəyərlərinin Azərbaycan modeli barədə danışdı. Prezident İlham Əliyevin 2016-cı ili Azərbaycanda "Multikulturalizm ili" elan edilməsi haqqında imzaladığı sərəncamın əhəmiyyətindən danışan akademik İ.Həbibbəyli bildirdi ki, ölkə rəhbərinin təşəbbüsü ilə multikulturalizm dövlət siyasətinin əsas istiqamətlərindən birinə çevrilib.

AMEA-nın vitse-prezidenti multikluturalizmin Azərbaycan modelinin 3 prinsipə əsaslandığını bildirdi. Bunların tarixi milli dəyərlər, tolerantlıq və azərbaycançılıq prinsiplərindən ibarət olduğunu, burada azərbaycançılıq prinsipinin xüsusi önəm daşıdığını qeyd etdi. O, AMEA-da ötən ildən multikulturalizm ilə bağlı elmi araşdırmaların aparıldığını, fəlsəfə doktoru və elmlər doktoru proqramları çərçivəsində elmi fəaliyyətlə məşğul olanlar üçün multikulturalizm üzrə elmi-tədqiqat mövzularının daha çox diqqət mərkəzində saxlanıldığını, "Azərbaycan multikulturalizminin ədəbi-bədii qaynaqları" kitabının təqdimatının keçirildiyini bildirdi.

Konfransda Azərbaycan Respublikasının Millətlərarası, Multikulturalizm və Dini Məsələlər üzrə Dövlət müşaviri, akademik Kamal Abdulla çıxış edərək Azərbaycanda multikulturalizmin həyat tərzi olduğunu, ölkəmizdə multikultural dəyərlərin, tolerantlıq ənənələrinin əsrlərə söykəndiyini qeyd etdi. Bildirdi ki, multikulturalizm Azərbaycan xalqının çoxəsrlik həyat tərzidir: "Azərbaycanda normal tolerant mühit var, burada müxtəlif xalqların nümayəndələri, fərqli dinlərə mənsub insanlar eyni hüquqa malikdir və əsrlərdir qardaşlıq və dostluq şəraitində yanaşı yaşayırlar".

Konfransda çıxış edən Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı bildirdi ki, bu gün dünyada multikulturalizmin alternativi yoxdur: "Tarixən tolerant və multikultural dəyərləri üstün tutan, əhalisinin 96 faizini müsəlmanlar təşkil edən Azərbaycanda bütün dinlərin nümayəndələri - müsəlman, xristian, yəhudilər əsrlərdir sülh və qardaşlıq şəraitində yaşayırlar." Komitə sədri dünyadakı bütün problemlərin həllinin dinlər, sivilizasiyalararası dialoqlardan, digər dinlərin, dillərin, müxtəlif mədəniyyətlərin, eləcə də ayrı-ayrı irqlərin nümayəndələrinə bərabər münasibətin, hörmətin göstərilməsindən - multikulturalizmdən asılı olduğunu söylədi.

Konfrans öz işini bölmələr üzrə davam etdirdi.

NƏZAKƏT

Digər xəbərlər