PDF Oxu

Əsas

  • 3 324

Novruz Məmmədov: “Beynəlxalq aləmdə sabitliyə və təhlükəsizliyə təhdidlər az deyil”

image

MDB-yə üzv dövlətlərin Təhlükəsizlik Şuralarının katiblərinin Moskvada toplantısı Birliyin 25 illiyi münasibətilə keçirilsə də, çox mühüm məsələlərə həsr edilmişdi. SİA-nın məlumatına görə, bunu Azərbaycan Respublikası Prezidenti Administrasiyası rəhbərinin müavini, Xarici əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov öz "Facebook" səhifəsində yazıb. N.Məmmədov qeyd edib: "Həqiqətən də müasir beynəlxalq aləmdə sabitliyə və təhlükəsizliyə təhdidlər az deyil. Düşünürəm ki, bu təhdidlərə qarşı birgə fəaliyyət, qanunvericiliyin təkmilləşdirilməsi, informasiya mübadiləsi və təhlükəsizliyi və digər məsələlər ətrafında müzakirələr çox faydalı oldu".

Digər xəbərlər