PDF Oxu

Əsas

  • 3 313

Səfir: “Bakı-Tbilisi-Qars dəmir yolunun Türkiyə hissəsində tikinti işləri sürətləndirilib”

image

Dünən "Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyətində Türkiyənin Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Erkan Özoral ilə görüş keçirilib. "Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyəti Mətbuat Katibliyindən SİA-ya verilən məlumata görə, qarşılıqlı səmimi və dostluq şəraitində keçən görüşdə "Azərbaycan Dəmir Yolları" QSC-nin sədri Cavid Qurbanov çıxış edərək Azərbaycan Dəmir Yolunda həyata keçirilən islahatlar, Bakı-Tbilisi-Qars dəmir yolu layihəsinin mövcud icra vəziyyəti, reabilitasiya, rekonstruksiya və tikintisində görülən işlər, eləcə də bu dəhlizə cəlb oluna biləcək yüklər haqqında məlumat verib. Bildirib ki, hazırda bağlantının Gürcüstan hissəsindən Türkiyə sərhədinə qədər olan hissədə yolun üst quruluşu işləri tamamlanıb, artıq dizel ilə işləyən lokomotivlər butun yol boyunca maneəsiz hərəkət edə bilirlər.

Sonra Türkiyənin Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Erkan Özoral çıxış edərək bildirib ki, bağlantının Türkiyə hissəsində tikinti işlər sürətləndirilib. Bir çox tamamlama işləri, eyni zamanda elektrik təchizatı, işarəvermə və rabitə işləri tez bir zamanda başa çatdırılacaq. İkitərəfli əməkdaşlığın bundan sonra daha da genişləndirilməsinin vacibliyi vurğulanıb.

Digər xəbərlər