"Avropanın "qocalığı" özünü son illər açıq-aydın nümayiş etdirir". SİA-nın xəbərinə görə, bunu Prezident Administrasiyası rəhbərinin müavini, Xarici əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov öz "Twitter" hesabında qeyd edib. "Müxtəlif ölkələrdə yaşlılar hakimiyyət kürsüsündə oturmaq inamını itiriblər, sanki beziblər. Gənclər isə lazım olan təcrübəyə, dövlətçilik mentalitetinə malik deyillər"- deyə, PA rəsmisi əlavə edib.