"Onların dərdi bölgəni İŞİD-dən və terroristlərdən təmizləmək deyil. Tam əksinə bölgəni qan və atəş dənizinə çevirməkdir". SİA-nın Türkiyə mətbuatına istinadən verdiyi xəbərə görə, bunu Türkiyə Cümhuriyyətinin prezidenti Rəcəb Tayyib Ərdoğan bu gün metro açılışında çıxış edərkən deyib. Onun sözlərinə görə, nə İŞİD, nə PKK, nə də FETO arasında heç bir fərq yoxdur: "Lakin oradakı insanlar bizim üçün min illik qardaşlığımız, qohumumuz, soydaşlarımız olan və özümüzdən ayrı görmədiyimiz qardaşlarımızdır. Suriyada hər atəş düşən ev bizim evimizdir. İraqda sönən hər bir ocaq bizim ocağımızdır. Əgər biz bu təhdidlərin qarşısını almasaq, oradakı qardaşlarımızın təhlükəsizliyini, rahatlığını qorumasaq o zaman öz evimizdə xoşbəxt yaşamaq imkanı əldə edə bilmərik. Türkiyənin təhlükəsizliyi Qaziantepdə deyil, Hələbdədir. Hatayda, İdlibdə, Mersində, Kıbrısda, Artvində deyil, Batumda, Trakyada deyil, Balkanlarda başlayır. Bunu belə bilin".